Klubu ilə yenidən anlaşdı

18.03.2024 11:30 180
Dünya futbolu
Ben Uayt “Arsenal”la yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu futbolçusu ilə müqaviləni yeniləyib.

Bu barədə “Arsenal”ın mətbuat xidməti məlumat yayıb. London klubu 26 yaşlı müdafiəçi ilə yeni uzunmüddətli sözləşmə imzalandığını xəbər verib. Lakin müqavilənin detalları hələlik açıqlamayıb.

Xatırladaq ki, Uayt paytaxt klubuna 2021-ci ilin yayında “Brayton”dan 58,5 milyon avroya keçib. O, bu mövsüm “topçular”ın heyətində bütün turnirlərdə 38 oyunda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul