Viktor Osimhen ilə bağlı şayiələrə son qoyulub.
“Football-plus.az” xəbər verir ki, “Napoli” aparıcı hücumçusu ilə müqaviləni yeniləyib. Nigeriyalı futbolçu ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb.
Qeyd edək ki, Osimhen İtaliya klubuna 2020-ci ildə “Lill”dən keçib. 24 yaşlı futbolçu ötən müddətdə bütün turnirlərdə 119 oyuna çıxıb, 67 qol vurub, 17 məhsuldar ötürmə edib.