Klubunda hamını arxada qoydu

5.11.2023 22:26 191
Dünya futbolu
“Arsenal”da oktyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

İngiltərə klubunun saytında azarkeşlər arasında keçirilən sorğuda Takehiro Tomiyasu qalib gəlib. O, 64 faiz səs toplamaqla 1-ci yeri tutub. Yaponiyalı futbolçu bu nominasiyida daha əvvəl 2021-ci ilin sentyabrında qalib gəlmişdi. 24 yaşlı Tomiyasu oktyabrda meydana çıxdığı 5 oyunda 1 qol vurmuşdu.

Sorğuda Deklan Rays 2-ci, Qabriel Jezus 3-cü, Bukayo Saka isə 4-cü yeri tutub.