Redaksiyamıza daxil olan xəbərə görə, "Sumqayıt" akademiyasının məşqçilərinə fevralın maaşı ödənilməyib, onlar da bayram günlərində məyus olublar.
Bu məsələni dəqiqləşdirmək üçün "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Bəli, belə söhbət var. Hər iş yerində, hər komandada ola biləcək normal haldı. Müəyyən maaş gecikmələri var. Bizdə ilk dəfə belə hal yaşandı. Daha əvvəl heç olmayıb. Bayrama qədər çatdırıb ödəniş edə bilmədik. Amma, təbii ki, heç kimin maaşı bizdə qalmayacaq. Bayramdan sonrakı iş günlərində maaşlar ödəniləcək".
GÜNAY SÜLEYMANOVA