“Sumqayıt”ın pakistanlı İsa Sulimanla danışıqlar apardığını diqqətinizə çatdırmışdıq.
“Football-plus.az”a bununla bağlı maraqlı informasiya daxil olub. Samir Abasov 25 yaşlı müdafiəçinin xidmətində maraqlıdı. Rəhbərlik səviyyəsində futbolçu ilə danışıqlar davam etdirilir. Pakistan millisinin üzvü başqa təkliflər üzərində də düşünür. O, maliyyə şərtlərində başqa klublarla razılaşmasa, “kimyaçılar”ın düşərgəsinə qoşulacaq.
Redaksiyamıza “Sumqayıt”la bağlı daha bir məlumat daxil olub. Sən demə, “kimyaçılar” Cənubi Kiprin AEL klubunda çıxış edən Konstantinos Sotiriu ilə maraqlanır. Məsələ ilə bağlı dəqiq informasiya əldə etmək üçün premyer-liqa təmsilçisinin mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevlə əlaqə saxladıq. O, informasiyanın yanlış olduğunu, belə oyunçu ilə maraqlanmadıqlarını dilə gətirdi. Cənubi Kipr millisinin üzvü karyerası ərzində “Olimpiakos”, “Anortosis”, “Doxa”, “Hapoel” (Hayfa) klublarında çıxış edib.
İLKİN SULTANLI