Dünən kişi basketbolçular arasında ölkə çempionatında 7-ci turun növbəti oyunları keçirilib. Mövsümə yaxşı başlayan "Xəzri" "Sumqayıt"a qalib gəlib - 95:85 (25:28, 23:19, 25:18, 22:20).
Oyundan sonra “gənclik şəhəri” təmsilçisinin əsas oyunçularından biri İsmayıl Əliyev "Football-plus.az"a məğlubiyyətlə bağlı danışdı:
"Oyuna çox yaxşı başladıq. Ötürmələr, atışlar - hər şey qaydasında idi. İkinci və üçüncü çeyrəklərdə müdafiəmiz zəiflədi. Hər şey dəyişdi. Çox xal yedik. Dördüncü çeyrəkdə yaxşı oynasaq da, çata bilmədik. Rəqibimiz güclü idi, böyük oyunçuları var. Növbəti oyunlarda hədəfimiz qalib gəlməkdi. Məqsəd pley-offa düşməkdi. Düşünürəm ki, bu, bizdə alınacaq. Müdafiədə daha çox işləmələyik ki, yaxşı yerlərə gələk".
GÜNAY SÜLEYMANOVA