10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023/24 mövsümünün yeni rekordudu. Görəsən, klub bilet satışından pul qazandımı? Açılış mərasimində oxuyan Hiss ilə Murad Arifə qonorar ödənilibmi? Bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:
“Bəli, bilet satışından müəyyən vəsait əldə olundu. Lakin məbləği açıqlaya bilməyəcəm. Həmçinin konsert proqramında iştirak edən müğənnilərə də qonorar ödənilib. Bunun haqda da məlumat verə bilməyəcəm. Açılış, konsert, tədbir - hər birini “Sumqayıt” FK təşkil etmişdi. Bütün xərcləri biz qarşılamışıq”.
GÜNAY SÜLEYMANOVA





