Nəhayət, Kristian Ştrayx “Frayburq”dan ayrılacaq. O, mövsümün sonunda baş məşqçi vəzifəsini tərk edəcək.
"Football-plus.az" Xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis özü açıqlama verib. Ştrayx bütün məşqçi karyerasını “Frayburq”da keçirib. Klubda fəaliyyətə 1995-ci ildə U-19-un məşqçisi kimi başlayıb və 2011-ci ilə qədər bu komandaya rəhbərlik edib. 58 yaşlı mütəxəssis 2007-11-ci illərdə əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsində də çalışıb. 2011-ci ilin dekabrından indiyədək “Frayburq”un baş məşqçisidi. Komanda onun rəhbərliyi altında bütün turnirlərdə 481 matça çıxıb, 193 qələbə qazanıb. Ştrayx komandanı iki dəfə Avropa Liqasının 1/8 finalına və bir dəfə Almaniya kubokunun finalına çıxarıb. “Frayburq”un onunla bir dəfə bundesliqadan 2-ci diviziona düşdüyünü və bir ildən sonra yüksək liqaya qayıtdığını da bildirək. Yeri gəlmişkən, “Frayburq” hazırda bundesliqada 26 oyuna 33 xalla 9-cu yerdədi.
Ştrayx jurnalistlərə açıqlamasında klubla müddəti cari mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcəyini deyib: