"Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var" - bunu "Frayburq"un baş məşqçisi Kristian Ştrayx evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının G qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.
57 yaşlı mütəxəssis görüşü səbirsizliklə gözlədiklərini bildirib: "Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımıza görə xoşbəxtəm. Biz bundesliqa oyunlarına da eyni ciddiliklə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik".
"Frayburq"un baş məşqçisi "Qarabağ"ı təriflədi
Aktual





