“Frayburq” rəhbərliyi baş məşqçi Kristian Ştrayxla müqaviləni yeniləyib. Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
"Football-plus.az" xəbər verir ki, 57 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti və digər detalları açıqlanmayıb. Ştrayx komandanı 2011-ci ildən çalışdırır. “Frayburq” hazırda bundesliqada 24 oyuna 45 xalla 5-ci yeri tutur.
Xatırladaq ki, bu komanda cari mövsümdə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olub. Almaniyadakı oyunda meydan sahibləri qələbə qazanıb (2:1), Bakıdakı matç isə 1:1 hesabı ilə nəticələnib.