• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ömrünü kluba həsr edən Ştrayx, futbolçu satışından pul qazanan “Frayburq”...

Manşet / Avropa Liqası

3-09-2022, 20:0

Beş gün sonra Avropa Liqasının qrup mərhələsinin oyunları start götürəcək.

Ölkəmizi bu turnirdə “Qarabağ” təmsil edəcək. Sentyabrın 8-də “Frayburq”un qonağı olacağıq. Bundesliqa klubu qrupun favoritidi. Hazırda çempionatda 9 xalla 3-cü pillədə qərarlaşan Kristian Ştrayxın komandasında bu mövsüm baş verən dəyişiklikləri diqqətinizə çatdırmağa çalışacağıq.

11 ildi baş məşqçi olan Kristian Ştrayx
“Qarabağ”la “Frayburq”u birləşdirən bir ortaq cəhət var ki, bud a baş məşqçilərlə bağlıdı. Qurban Qurbanov 2008-ci ilin iyulundan Ağdam təmsilçisinin “sükanı arxasındadı”. Onun “köhlən atlar”la müqaviləsinin müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. Kristian Ştrayx isə 2007-dən “Frayburq”dadı. Lakin o, 2011-ə kimi köməkçi məşqçi funksiyasını yerinə yetirib. Almaniyalı mütəxəssis Markus Sorqun və Robin Datın yardımçısı olub. Ümumiyyətlə, 57 yaşlı futbol adamının məşqçilik karyerası ancaq “Frayburq”la bağlıdı. 1995-ci ildə butslarını mismardan asan sabiq yarımmüdafiəçi 1996-da əvəzedici komandada çalışmağa başlayıb. Elə həmin mövsümün sonundan 2007-yə qədər U-19-da işləyib. Almanların “Qarabağ”a qarşı üstünlüklərindən biri də məhz budu. Ştrayx “Frayburq”da hər şeyə nəzarət edir.

Əsas hədəf Çempionlar Liqasıdı
Uzun illərdi bundesliqada mübarizə aparan komandanın əsas məqsədi gənc futbolçuları yetişdirib satmaq olub. Son iki mövsümdə isə hədəflər dəyişib. Ötən il çempionatı 6-cı pillədə bitirən komanda Çempionlar Liqasına vəsiqə qazanmaq şansını son iki turda itirdi. Cari “futbol ili”ndə rəhbərlik tərəfindən Ştrayxın qarşısına bundesliqanı ilk “4-lük”də bitirmək vəzifəsi qoyulub. Alman mütəxəssis həm avrokuboklarda irəli getmək, həm də çempionatda məqsədinə çatmaq barədə düşünür. Bunun üçün “Frankurt”un (Ayntraxt) əldə etdiyi uğuru təkrarlamaq istəyir. Belə ki, “qartallar” Avropa Liqasının 2021/22 mövsümün qalibi kimi Çempionlar Liqasının qrupunda oynamaq şansı qazandı. Ştrayx bundesliqada qarşıya qoyulan hədəfə çatmağın çətin olacağını anlayır. Məhz bu səbəbdən də Avropa Liqası onun üçün çıxış yoludu. Hazırkı komanda bunu bacaracaq potensialdadı. Buna görə də “Frayburq”la oyunlar “Qarabağ” üçün çətin olacaq.

Futbolçu satışından əldə olunan qazanc
Yuxarıda qeyd etdiyimiz kimi, “Frayburq” əvvəllər futbolçu yetişdirib başqa klublara satmaqla məşğul olub. Cari “futbol ili”nin əvvəlində almanlar 6 futbolçu ilə yolları ayırıb. Qolkiper Niklas Ted, yarımmüdafiəçi Yanik Haberer və hücumçu Ermedin Dəmiroviç düşərgəni tərk edib. Forvard Nişan Burxart İsveçrə klubu “Vintertur”a 25 min avroya icarəyə verilib. Müdafiəçi Canluka İtter isə 300 min avroya “Qroyter Fürt”ə satılıb. Ən çox qazanc Niko Şlotterbekdən əldə olunub. 22 yaşlı müdafiəçini 20 milyon avroya Dortmund “Borussiya”sı alıb. Bir sözlə, bu mövsüm 3 futbolçudan ümumilikdə 20 milyon 325 min avro əldə olunub.

Təbii ki, gedənlərin əvəzinə gələnlər də var. “Frayburq-2”nin üzvü Robert Vaqnerlə rəsmi müqavilə bağlanıb. Ötən mövsüm “Nürnberq”də çıxış edən Lino Tempelman pulsuz heyətə cəlb olunub. Avstriyalı Mixael Qreqoriç “Auqsburq”dan, Mattias Ginter isə “Borussiya”dan (Münhenqladbax) ödənişiz transfer olunub. Merlin Reyl üçün “İnqolştadt”a 2,9 milyon avro ödənilib. Deniel-Kofi Kerex “Sankt Pauli”dən 4,5 milyon avroya transfer olunub. Son olaraq isə Riçu Doana görə Niderland təmsilçisi PSV-yə 8,5 milyon avro verilib. Ümumilikdə transferlərə 15,9 milyon avro xərclənilib. Beləliklə, “Frayburq” yay fasiləsini 4,43 milyon avro gəlirlə qapayıb.

Yuxarıda qeyd etdiyimiz kimi, bu komandalar bir çox cəhətdən bir-birinə oxşayır. Sadəcə, “Frayburq”un avrokuboklar təcrübəsi “Qarabağ” qədər çox deyil. Klub Almaniyanın ortabablarından olduğu üçün Avropa turnirlərinə vəsiqə qazana bilməyib. Lakin istər oyunçuların keyfiyyəti baxımından, istər marketinq, istərsə də transfer siyasətində “Frayburq” ağdamlıları üstələyir. Meydanda isə bu amillər işə yaramır. Mübarizə aparan, əzmkarlıq göstərən, təcrübəsi olan komanda qələbə qazanır.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-09-2022, 12:0

"Frayburq"un baş məşqçisi şikayətləndi - “Futbol, futbol, futbol"

Avropa Liqası

29-08-2022, 14:0

"Avropa Liqasında özümüzü sübut etmək istəyirik" - "Frayburq"un baş məşqçisi

Avropa Liqası

26-08-2022, 14:0

“Qarabağ”la oynamaq mənim üçün maraqlı olardı" - “Frayburq”un baş məşqçisi

Avropa Liqası

27-08-2022, 11:0

"Qarabağ" Avropa Liqasında ilk oyununu bu komandaya qarşı keçirəcək - SİYAHI

Dünya futbolu

3-04-2022, 21:0

''Bavariya'' meydanda 12 futbolçu ilə oynadı!

Dünya futbolu

9-04-2022, 21:0

''Bavariya'' texniki məğlubiyyətdən qurtuldu

Aktual
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
Son xəbərlər
  • Bu gün, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Bu gün, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Bu gün, 12:41
    Londonda iş yerini dəyişdi
  • Bu gün, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Bu gün, 11:30
    Şayiələrə son qoydu
  • Bu gün, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Bu gün, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Bu gün, 10:00
    “Barselona”dan yeni transfer
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Dünən, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Dünən, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Dünən, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Dünən, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 122
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 93
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 84
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 79
“Parris Maludanın yerini tam doldura bilər” “Sabah” itirdi, yoxsa qazandı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə