"Frayburq"un baş məşqçisi koronavirusa yoluxdu

5.10.2022 17:05 459
Dünya futbolu
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq"un baş məşqçisi Kristian Ştrayx koronavirusa yoluxub.

"Footbal-plus.az" Bundesliqa təmsilçisinin rəsmi Tvitter hesabına istinadən xəbər verir ki, çalışdırıcı bu səbəbdən Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Nant"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransına onlayn formatda qoşulub.

Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib və 1:2 hesabı ilə uduzub. Ağdam klubu bu rəqiblə növbəti dəfə noyabrın 3-də Bakıda qarşılaşacaq.