Misli premyer-liqasında çıxış edən "Qəbələ" və "Araz-Naxçıvan" klubları yoxlama oyununda üz-üzə gəlib.
"Football-plus.az" xəbər verir ki, qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. 14-cü dəqiqədə Əyyub Allaş, 57-ci dəqiqədə Samuel Tette fərqlənib.
Qeyd edək ki, "Qəbələ" daha əvvəl "Kəpəz"ə, "Araz-Naxçıvan" isə "Zirə"yə 1:2 hesabı ilə uduzub.