PSJ-nin rəqiblərinin hamısı büdrədi – TURUN ŞƏRHİ

19.03.2024 21:50 142
Dünya futbolu
Liqa 1-də 26-cı tur hadisələrlə zəngin oldu.

"Football-plus.az" xəbər verir ki, PSJ “Monpelye” üzərindəki səfər darmadağınından sonra ən yaxın izləyicisindən artıq 12 xal irəlidədi. Bu oyunda het-trik edən Mbappe isə cari mövsümdə 24 qol vurub. 2-ci pillədə turun mərkəzi oyununda “Lill” ilə heç-heçə edən “Brest” qərarlaşıb. “Monako” da hesabat turunda “Loryan”la oyunda xal itirdi. “Knyazlar” cavab qolunu 90+5-ci dəqiqədə buraxdı və bundan sonra irəli atılmaq üçün vaxt olmadı. “Nitsa” səfərdə “Lans” üzərində inamlı qələbə qazanmaqla bu komandanı turnir cədvəlində arxada qoydu. “Lion” “Tuluza” ilə səfər oyununda mövsümdəki 10-cu qələbəsinə sevindi. Cennaro Qattuzonu baş məşqçi postunda əvəz edəndən sonra çempionatda “Marsel”ə ardıcıl üç qələbə qazandıran Jan-Lui Qasse bu dəfə məğlubiyyətə üzüldü. “Renn”in qonağı olan cənublular hər hissədə bir qol buraxdı. “Renn” bu qələbə sayəsində “Marsel”ə çatdı. İndi bu iki komanda turnir cədvəlində 7-8-ci yerləri bölüşür.

Turun qalan oyunlarına gəlincə, evdə “Mets”ə qalib gələn “Reyms” xalını 38-ə çatdırdı. “Strasbur” səfərdə “Nant”dan üstün oldu. Nəhayət, autsayder “Klermon” evdə “Havr”a qalib gəldi.

26-cı tur
Monpelye – PSJ 2:6
Norden, 30. Savanye, 45+1-p. – Vitinya, 14. K.Mbappe, 22; 50; 63. Li Kan İn, 53. Mendeş, 89. (19202)
PSJ: Donnarumma, L.Ernandes (Mendeş, 46), Beraldo (Mukiele, 70), Pereyra, Hakimi, Vitinya, Uqarte, Li Kan İn (Mayulu, 70), K.Mbappe, Kolo Muani (Ramuş, 62), Barkola (Zair-Emeri, 62).
Brest – Lill 1:1
Satriano, 80 – Devid, 67. (14774)
Brest: Bizot, Loko, Brasye, Şardonne, Lala, Lis-Melu, Maqnetti (Marten, 68), Kamara (Dumbiya, 68), Pereyra Laqe (Munye, 76), Del Kastilyo (Brahimi, 84), Satriano (Le Duaron, 84).
Lill: Şevalye, İsmaili, Yoro, Diakite, Santuş, Bentaleb, Andre, Qomes, Haraldsson (Ünas, 84), Devid, Jeqrova (Kavaleyro, 84).
Monako – Loryan 2:2
Mendi, 27-öz qapısına. Fofana, 60 – Sinqo, 1-öz qapısına. Bakayoko, 90+5. (5090)
Monako: Mayetski, Uattara (Yakobs, 46), Kerer, Maripan, Sinqo, Akliuş (Maqassa, 83), Zakariya, Fofana, Qolovin (Baloqun, 89), Ben Yedder (Diatta, 83), Minamino (Ben Seqir, 76).
Renn – Marsel 2:0
Terrye, 21. Burijo, 78-p. (28610)
Klermon – Havr 2:1
Çam, 12; 45+4-p. – Ayyu, 45+1. (9638)
Lans – Nitsa 1:3
Vai, 76 – Moffi, 11; 67-p. Türam, 53. (37346)
Nant – Strasbur 1:3
Comərt, 36 – Qameyro, 3. Emeqha, 62; 78. (29487)
Reyms – Mets 2:1
Diakite, 3. İto, 79 – Atta, 14. (14335)
Tuluza – Lion 2:3
Dallinqa, 53. Syerro, 58-p. – Lakazett, 33. Şerki, 77. О'Brayen, 81. (28434)
1. PSJ 26 17 8 1 62-23 59
2. Brest 26 13 8 5 36-20 47
3. Monako 26 13 7 6 47-36 46
4. Lill 26 11 10 5 37-23 43
5. Nitsa 26 12 7 7 27-20 43
6. Lans 26 12 6 8 35-27 42
7. Marsel 26 10 9 7 40-28 39
8. Renn 26 10 9 7 40-31 39
9. Reyms 26 11 5 10 34-35 38
10. Lion 26 10 4 12 30-40 34
11. Tuluza 26 7 8 11 29-36 29
12. Strasbur 26 7 8 11 28-39 29
13. Havr 26 6 9 11 26-33 27
14. Monpelye (-1) 26 6 9 11 31-40 26
15. Loryan 26 6 8 12 35-49 26
16. Nant 26 7 4 15 24-41 25
17. Mets 26 6 5 15 23-39 23
18. Klermon 26 4 8 14 19-43 20
Bombardirlər: K.Mbappe (PSJ) – 24, Devid (Lill) - 15, Lakazett (Lion) - 13, Obameyanq (Marsel) – 12.
Növbəti turun oyunları martın 29-31-i aralığında keçiriləcək: Lill – Lans, Mets – Monako, Lion – Reyms, Loryan – Brest, Nitsa – Nant, Klermon – Tuluza, Havr – Monpelye, Strasbur – Renn, Marsel – PSJ.

Turun rəqəmi
350 – PSJ çempionatda səfər qələbələrinin sayını bu həddə çatdırdı. Əvvəllər Fransa klublarından “Marsel”, “Monako” və “Lill” də bunu bacarıb.

Turun ulduzu
Kilian Mbeppe (PSJ) – “Real”a yollanacağı artıq heç kimdə şübhə doğurmayan ulduz het-triklə yadda qaldı. Kilian çempionatda qol sayını 188-ə çatdırmaqla Fleri Di Nallonu (187) arxada qoyaraq Liqa 1-in bombardirləri siyahısında 8-ci pilləyə yüksəldi.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:

“Şübhəsiz, gözəl gecə idi. Oyuna əla başladıq, hesabı erkən açdıq. Düzdü, müdafiədə bir qədər ehtiyatsız davrandıq ki, bunun da nəticəsində rəqib oyuna döndü. İkinci hissədə birincə hissədə etməli olduğumuzu etdik, üstünlüyü özümüzə qaytardıq. Turnir cədvəlindəki fərq? Gözəldi, idealdı. Oyundan əvvəl qələbə təqdirində ən yaxın izləyicimizdən 12 xal aralanacağımızı bilirdik. Bu 12 xal 4 oyun deməkdi, mövsümün sonuna qədər isə cəmi 8 oyun qalır. Titulu mümkün qədər tez qazanmaq istəyirik, bütün turnirlərdə rəqabətədavamlı olmağa köklənmişik”.