• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sabah” “Sumqayıt”ı yerindən oynatdı - REPORTAJ

İdman

19-03-2024, 21:0

Hər iki komanda üçün bu oyunun əhəmiyyəti böyük idi.

Axı “Neftçi” cümə günü “Səbail”i darmadağın etməklə 2-ci pilləyə yüksəlmişdi. Sumqayıtda meydana çıxan komandaların hər biri qələbə təqdirində “ağ-qaralar”ın yerini tutacağını anlayırdı.

Sözü çox uzatmadan oyuna keçək. İlk dəqiqələrdən qarşılıqlı hücum cəhdlərinə şahidlik etdik. Renduliçin yetirmələrinin daha fəal olduğu isə gözdən yayınmadı. Elə bu fəallıq qarşılaşmanın 25-ci dəqiqədə bəhrə verdi. Qonaqlar real qol fürsətini maksimum şəkildə dəyərləndirdi. Belə ki, sağ cinahdan Aminin cərimə meydançasına etdiyi ötürmə zamanı Xaçayev topu istədiyi kimi uzaqlaşdıra bilmədi, epizodun davamında topu ələ keçirən Parris komanda yoldaşı Nuriyevin sərbəst olduğunu görüb, ona ötürmə verdi. Anatoli isə sağ iti bucaq altından qüvvətli zərbəylə topu Mehdinin ayaqları arasından tora göndərdi – 0:1. Qoldan sonra daha da ruhlanan “tələbələr” rəqib üzərindəki təzyiqini artırmağa çalışırdı. Meydan sahibləri isə müdafiədən çıxmaqda çətinlik çəkirdi. Qonaqların nisbi üstünlüyü olsa da, heç bir komanda real qol vəziyyəti yarada bilmirdi. Sadəcə, ilk hissəyə artırılan vaxtda Volkov əks-hücumda rəqibini cəzalandırmaq istəsə də, zərbəsi qapıdan aralı keçdi. İkinci yarıda, təbii ki, oyunun axarı dəyişdi. Artıq meydan sahibləri daha fəal idi. Yeri gəlmişkən, Samir Abasovun süst Nihad Əhmədzadəni Erik Sorqa ilə əvəzləməsinin də bu fəallıqda rolu oldu. “Sumqayıt”ın oyundakı ilk real qol vəziyyəti 57-ci dəqiqəyə təsadüf etdi. Oktavionun müdafiənin arxasına etdiyi ötürməni Səbuhi qüvvətli zərbəylə “çərçivə”yə yönəltdi. Bu dəfə Mehbalıyev səliqəli oynayaraq, topu dəf etməyi bacardı. Abasovun yetirmələrinin fəallığına baxmayaraq, qonaqlar 62-ci dəqiqədə hesab arasındakı fərqi artırdı. Komandasının ilk qolunda pay sahibi olan Amin bu qolda da önəmli rol oynadı. Belə ki, müdafiəçinin sağ cinahdan cərimə meydançasında göndərdiyi ötürməni Xaçayev bu dəfə də doğru şəkildə uzaqlaşdıra bilmədi. Onun ehtiyatsız hərəkətindən sonra Cənnətovu da çatdıran top qapıya daxil oldu – 0:2. Oyun davam edir, rəqibin qələbəsi ilə barışa bilməyən “kimyaçılar” təzyiqi artırırdı. 66-cı dəqiqədə “Sumqayıt”ın yeni transferi Xordanın ötürməsini Ninqa sinəsiylə ram edərək, yaxın “doqquzluğ”a göndərdi. Lakin qolkiper bu dəfə də səhvsiz oynadı. Bir qədər sonra rəqibin cərimə meydançası daxilində Oktavionun daban ötürməsindən sonra Rövlan şansını sınadı. Lakin onun zərbəsi qüvvətli alınmadı və qapıçı çətinlik çəkmədən topu tutdu. Artan təzyiqin, aramsız hücumların mükafatı 84-cü dəqiqədə gəldi. Səbuhinin ötürməsindən sonra Sorqa rəqib müdafiəçiləri çaş-baş salaraq sağ “9-luğ”a qarşısıalınmaz zərbə vurdu – 1:2. Fərqin azaldığını görən Abasovun yetirmələri bütün gücüylə hücuma atıldı. Uzatma dəqiqələrində Kamranın göndərdiyi ötürmə zamanı Xordan başla qeyri-dəqiq oldu. Beləliklə, “Sabah” Renduliçin rəhbərliyi altında çıxdığı ikinci oyundan da qalib ayrılaraq turnir cədvəlinin 2-ci pilləsinə yüksəldi. “Sumqayıt” isə turun başqa oyunlarının da nəticəsində 5-ci pilləyə endi.

Gözdən qaçmadı
* “Sumqayıt”ın futbolçuları “Kimyaçılar” azarkeş qrupunun yaranmasının 10 illiyi şərəfinə üzərində “Kimyaçılar” yazılan 10 nömrəli forma ilə meydana çıxdı.
* Samir Abasov yan xətt hakimi Zeynal Zeynalova etiraz edərkən texniki zonasını tərk etdiyindən Əliyar Ağayev onu sarı vərəqəylə cəzalandırdı.
* “Sabah”ın gənc futbolçusu Rauf Rüstəmli əsas komandanın heyətində debüt matçına çıxdı.
* Sumqayıtın “Sumqayıt Ultras”, “Kimyaçılar Ultras” və “Kimyaçılar”, “Sabah”ın isə “Soldati di Sabah” azarkeş qrupu tribunadaydı. KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

6-02-2024, 19:0

“Sabah” bir qolla iki pillə irəlilədi – REPORTAJ

Premyer-liqa / Manşet

18-03-2024, 21:0

“Neftçi” mövsümdə ilk böyükhesablı qələbəsini qazandı

Premyer-liqa / Reportaj

9-05-2023, 17:0

“Qarabağ” kubokun finalçısını darmadağın etdi - REPORTAJ

Premyer-liqa / Reportaj

27-02-2024, 21:0

Ramalinqom qoldan doymur, “Səbail” irəliləyir – REPORTAJ

Premyer-liqa / Manşet

21-02-2023, 20:0

“Qəbələ” – “Sumqayıt” matçında nələr yaşandı? - REPORTAJ

Ölkə kuboku / Reportaj

19-12-2023, 20:0

“Sumqayıt” “Karvan”ın işini son 10 dəqiqədə bitirdi - REPORTAJ

Aktual
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
Son xəbərlər
  • Bu gün, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Bu gün, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Bu gün, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Bu gün, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Bu gün, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Bu gün, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Bu gün, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Bu gün, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Bu gün, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Bu gün, 18:38
    Avtoqəzada həlak oldu...
  • Bu gün, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Bu gün, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Bu gün, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Bu gün, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Bu gün, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Bu gün, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Bu gün, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Bu gün, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Bu gün, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Bu gün, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Bu gün, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Bu gün, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Bu gün, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Bu gün, 13:30
    Millimizin heyəti açıqlandı
  • Bu gün, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Bu gün, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Bu gün, 12:37
    "Turan Tovuz"da iki yubiley
  • Bu gün, 12:16
    İngiltərədə yerini dəyişə bilər
  • Bu gün, 11:55
    Beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 11:34
    Premyer-liqada son 10 mövsümün azarkeş rekordu
  • Bu gün, 11:13
    Konte Neapolu tərk edəcək?
  • Bu gün, 10:52
    Tbilisidə Azərbaycan cüdosunun arxasını yerə vurdular! – 15 idmançı, 0 qızıl...
  • Bu gün, 10:31
    Klubu ilə müqaviləsini yenilədi
  • Bu gün, 10:00
    Lissabondan Milana üz tutmaq şansı var
  • Bu gün, 00:16
    Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Daha çox
Oxunub: 522
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 262
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 261
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 175
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə