• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSV-nin Dortmundda sürprizə gücü çatmadı

Dünya futbolu

19-03-2024, 00:0

Borussiya D – PSV 2:0 (1:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Zyule, Əmrə Can, Hummels, Maatsen, Salih Özcan, Zabitser, Malen (Adeyemi, 70), Brandt (Nmeça, 58), Sanço (Roys, 75), Füllkruq.
PSV (Eyndhoven, Niderland): Benites, Teze, Shouten, Boskalyi, Dest, Veerman (Pepi, 82), Til (Losano, 46), Mauro (Babadi, 86), Bakayoko, Tillmann, De Yonq.
Qollar: Sanço, 3 (1:0). Roys, 90+5 (2:0).
Vərəqələr: Zyule, 88. Nmeça, 89 – sarı.
Hakim: Daniele Orsato (İtaliya).
13 mart. Dortmund. 81365 tamaşaçı.
İlk oyun – 1:1.

Bu mövsüm öz çempionatında məğlubedilməz olan PSV-nin ilk oyundakı bərabərlikdən sonra şansı azalsa da, komanda Dortmunda böyük ümidlərlə gəlmişdi. “Borussiya” oyuna fırtına kimi başladı. Artıq 2-ci dəqiqədə oyuna qoşulmalı olan Benites Maatsenin zərbəsini dəf etsə də, növbəti hücumda Sançonun yaxın küncə yönələn zərbəsini qaytara bilmədi. İngiltərəli vinger buna qədər ÇL-də son qolunu 841 gün öncə - 2021-ci il noyabrın 23-də “Yunayted”in heyətində səfərdə “Vilyarreal”a vurmuşdu. Erkən qoldan şoka düşən və özünü itirən PSV çox keçmədən ikinci dəfə topu tordan çıxara bilərdi. Amma Füllkruq sanki intriqanın ölməsini istəməyərək qonaqları əfv etdi. Hissənin ortalarında Malen da yaxın məsafədən topu düz qapıçının üstünə vurmaqla gözəl fürsəti dəyərləndirə bilmədi. PSV Dortmunda futbola baxmağa yox, futbol oynamağa gəldiyini anlayaraq yavaş-yavaş oyunu meydanın rəqibə aid hissəsinə keçirməyi bacardı. Amma Hummels başda olmaqla “Borussiya”nın müdafiəçiləri birinci hissədə əla təsir bağışladılar. İlk yarıda ən azı 3 qol buraxmalı olan PSV üçün hələ heç nə bitməmişdi. Eyndhoven təmsilçisi ikinci hissənin ilk 25-30 dəqiqəsində üstünlüyə malik olsa da, bu üstünlüyü heç cür qola çevirə bilmədi. Losanonun zərbəsindən sonra meydan sahiblərini yalnız dirək xilas etdisə, Bakayoko və De Yonq da yaxşı fürsətləri əldən verdi. Belə təəssürat yaranırdı ki, qonaqların qolu, sadəcə, zaman məsələsidi. Çünki “arılar” topu heç cür özlərində saxlaya bilmirdilər. 77-ci dəqiqədə Füllkruqun oyunun məntiqi axarına uyğun olmayan qoluna ofsayd qərarı verən VAR mane oldu. Matçın kuliminasiya nöqtəsi əsas vaxta əlavə olunan dəqiqələrə təsadüf etdi. Gözəl hücumdan sonra De Yonq faktiki Kobellə təkbətək çıxdı. Amma təcrübəli forvard yaxın məsafədən topu tora göndərmək əvəzinə onu qapının üstündən vurdu. Çox keçmədən hər kəsə gözəl tanış olan futbolun yazılmamış qanunu işə düşdü. Adi epizodda ayağı sürüşən PSV-nin müdafiəçisi yerə yıxıldı. Topu ələ keçirən və Beniteslə duelə yollanan təcrübəli Roys soyuqqanlı şəkildə topu tora göndərərək yekun nəticəni müəyyənləşdirdi. Beləliklə, bu cütdə rəqibdən üstün görünən “Borussiya” ədalətli şəkildə növbəti mərhələyə yüksəldi.

oyunun statistikası
15 (7) qapıya (“çərçivə”yə) zərbə 17 (7)
5 künc zərbəsi 4
2 ofsayd 2
7 qayda pozuntusu 8
2(0) sarı (qırmızı) vərəqə 0(0)
52 topa sahibolma (faizlə) 48

Faktlar
* Terziç “Borussiya”nı 2-ci dəfə ÇL-də 1/4 finala yüksəltdi. İlk dəfə bu hal 2020/21-də yaşanmışdı. Bununla da Terziç Ottmar Hitsfeld (1995/96, 1996/97) və Yürgen Kloppdan (2012/13, 2013/14) sonra dortmundluları iki fərqli mövsümdə 1/4 finala daşıyan 3-cü mütəxəssis oldu.
* “Borussiya” ÇL-də öz meydanında keçirdiyi son 20 oyunun yalnız ikisində uduzub (11 qələbə, 7 heç-heçə).
* “Borussiya” avrokubokların pley-offunun cavab oyunu çərçivəsindəki 9 matçlıq qələbəsiz seriyaya son qoydu (4 heç-heçə, 5 məğlubiyyət).
* “Borussiya” PSV-yə qarşı keçirdiyi 4-cü oyunda da uduzmadı (2 qələbə, 2 heç-heçə).
* “Borussiya” pley-offa səfər heç-heçəsi ilə başladığı son 10 halın 9-da mərhələni adlamağı bacarıb.
* PSV səfərdə Almaniya klublarına qarşı keçirdiyi ardıcıl 17-ci oyunda qələbəyə həsrət qaldı (3 heç-heçə, 14 məğlubiyyət).

Oyundan sonra...
Edin Terziç, Dortmund “Borussiya”sının baş məşqçisi:

“Növbəti mərhələyə vəsiqəni gərgin əməyimizlə qazandıq. İlk 30 dəqiqədə hətta deyərdim ki, bu mövsümdəki ən yaxşı futbolumuzu sərgilədik. İşimizin daha da rahat olması üçün həmin müddət ərzində 1-dən artıq qol vurmalıydıq. Çünki üstünlüyümüz çox böyük idi. Təəssüf ki, ikinci hissədə oyunumuz və təzyiqimz zəiflədi. Amma əvəzində müdafiədə çox yaxşı təsir bağışladıq. Qışqırmaqdan səsim batıb. Bu oyun məndən çox güc aldı. Amma buna dəyərdi. Bu gözəl gecənin bir parçası olmağımla fəxr edirəm”.

Peter Bos, PSV-nin baş məşqçisi:

“Oyuna çox pis başladıq. İlk yarının sonlarına yaxın yavaş-yavaş irəlidə nəsə alınmağa başladı. Amma üzərimizdəki təzyiq üzündən qol vura bilmədik. İkinci hissənin böyük bölümündə meydanda ağalıq edən tərəf biz idik. Tez-tez topla rəqibin cərimə meydançasına daxil ola bilirdik. Sadəcə, hər dəfə ya son zərbələr, ya da son ötürmələr qeyri-dəqiq alınırdı. Bəzi epizodlarda isə bəxtimiz gətirmirdi. Losanonun zərbəsi dirəyə tuş gəldi. De Yonq isə son anlarda yüzfaizlik şansı əldən verdi. Belə fürsətlərdən yararlanmaq lazım idi. Biz isə bunu bacarmadıq. Bu gün burda uduzmaq və mübarizəni dayandırmaq bizim üçün çox üzücüdü. Ümumiyyətlə, ÇL kimi turnirlə vidalaşmaq heç vaxt xoş hisslər bəxş etmir”.


Bombardirlər: Qrizmann (Atletiko), Keyn (Bavariya), Mbappe (PSJ), Holann (Mançester Siti) – 6, Alvares (Mançester Siti), Qaleno (Portu), Morata (Atletiko), Heylunn (Mançester Yunayted) – 5.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-01-2024, 13:0

İngiltərədən Almaniyaya qayıtdı

Dünya futbolu

27-07-2023, 18:0

“Borussiya”nın yeni kapitanı oldu

Dünya futbolu

19-01-2024, 17:0

Dortmundda qalmayacaq

Dünya futbolu

26-07-2023, 22:0

Münhendən Dortmunda yollanacaq

Dünya futbolu

11-01-2024, 18:0

Sabiq klubuna qayıdacaq

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 323
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 131
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə