“Borussiya”nın yeni kapitanı oldu

27.07.2023 18:56 242
Dünya futbolu
Yeni mövsümdə “Borussiya”nın kapitanı müəyyən edilib.

"Football-plus.az" xəbər verir ki, bu statusu Əmrə Can qazanıb. Dortmund klubunun rəsmi saytının yaydığı xəbərdə onun növbəti mövsümdən kapitan sarğısını daşıyacağı bildirilib.

Əmrə “Borussiya”da 2020-ci ildən çıxış edir. Xatırladaq ki, ötən mövsüm komandanın kapitanı Marko Roys olub. O, bu yay sarğıdan imtina etmək qərarına gəlib.