Sabiq klubuna qayıdacaq

11.01.2024 18:51 152
Dünya futbolu
Ceydon Sanço tezliklə sabiq klubuna qayıdacaq.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted” onu “Borussiya”ya mövsümün sonuna qədər icarəyə verəcək. Dortmund klubu 23 yaşlı vingerin məvacibinin bir hissəsini ödəməyə razılaşıb. Bu isə “Borussiya”ya 4 milyon avroya başa gləcək.

Sanço Almaniya klubunda 2017-21-ci illərdə oynayıb. O, 2021-ci ildən indiyədək çıxış etdiyi MY-nin formasında premyer-liqada 58 oyuna 9 qol vurub.