Dortmundda qalmayacaq

19.01.2024 17:25 191
Dünya futbolu
Marko Roys mövsümün sonunda klubunu dəyişəcək.

“Bild” nəşrinin məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi müddəti iyun ayında başa çatacaq müqaviləsini yeniləməyəcək. Başqa sözlə, o, “Borussiya”nı (Dortmund) azad agent kimi tərk edəcək.

Marko Dortmund klubuna 2012-ci ilin yayında Münhenqladbax “Borussiya”sından keçib. Almaniyalı futbolçu sarı-qara formada indiyədək 410 matçda meydana çıxıb, 167 qol vurub və 124 məhsuldar ötürmə edib.