Ceydon Sanço sabiq klubuna qayıdıb.
“Football-plus.az” xəbər verir ki, “Mançester Yunayted” onu “Borussiya”ya icarəyə verib.
O, bu komandada mövsümün sonuna qədər oynayacaq. Dortmund klubu 23 yaşlı vingerin məvacibinin bir hissəsini ödəməyə razılaşıb. Bu isə “Borussiya”ya 4 milyon avroya başa gələcək. Sanço Almaniya klubunda 2017-21-ci illərdə oynayıb. O, 2021-ci ildən indiyədək çıxış etdiyi MY-nin formasında premyer-liqada 58 oyuna 9 qol vurub.
“Borussiya”ya İngiltərədən daha bir oyunçu gəlib. “Çelsi”nin müdafiəçisi Yan Maatsen də mövsümün sonuna qədər icarəyə götürülüb.
İngiltərədən Almaniyaya qayıtdı
Dünya futbolu






