• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənər” növbəti mərhələyə məğlubiyyətlə adladı

Dünya futbolu

18-03-2024, 18:0

Həm ilk oyunda əldə olunan böyükhesablı qələbə, həm də həftəsonu “Fənərbaxça”nı çətin Trabzon səfərinin gözləməsi İsmayıl Kartalı növbəti dəfə rotasiyaya əl atmağa vadar etdi.

"Football-plus.az" xəbər verir ki, komanda daxili çempionatdakı son oyunla müqayisədə meydana 8 dəyişikliklə çıxdı. Daha öncə Əli Koça “Fənər”in bir ev oyununu izləmək üçün Türkiyəyə gələcəyinə söz verən UEFA prezidenti Aleksander Çeferin məhz bu matçı seçmişdi. O, oyunu Koçla birlikdə tribunadan izlədi.

Oyuna yaxşı başlayan “Fənər” hətta 18-ci dəqiqədə Osayi-Samuel ilə qol vursa da, ofsayd qeydə alındı. İlk matçdakı səhvlərdən nəticə çıxaran “Yunion” bu dəfə sərgilədiyi oyunla təsadüfən Belçika çempionatının lideri olmadığını göstərdi. İlk yarının son anlarında əvvəlcə İrfan Can Eğribayatın səhvi, sonra da Nilssonun boş qapıya zərbəsi qolla nəticələnə bilərdi. Amma ilk epizodda qapıçı səhvini düzəltdisə, ikinci epizodda qonaq futbolçuya qeyri-dəqiqlik mane oldu. İkinci hissədə temp bir qədər də artdı. 68-ci dəqiqədə “Yunion” Rasmussenin baş zərbəsiylə hesabda önə keçdi. Bu qoldan sonra “Fənər” bir qədər özünü itirdi. Dərhal növbəti hücumda Ciku topu qapı xəttindən uzaqlaşdırdı. Həmin anlarda “Yunion” 2-ci qolu da vursaydı, meydan sahiblərinin işi çox çətin olacaqdı. Amma İstanbul nəhəngi həmin gün qonaqlara yalnız bir dəfə fərqlənməyə imkan verdi. Matçın sonlarına yaxın meydana çıxan Mərt Hakan Yandaş son saniyələrdə əzələsini dartaraq əvəzləndi. “Fənər”in rəsmi matçlarda evdəki 11 oyunluq məğlubiyyətsiz seriyası qırılsa da (8 qələbə, 3 heç-heçə), bu, heç kimi üzmədi. Çünki komanda son 11 ildə ilk dəfə avrokubokda 1/4 finala yüksəldi! “Fənər” sonuncu dəfə 2012/13-də Avropa Liqasında bu qədər uzağa getməyi bacarmışdı. Həmin vaxt “sarı-lacivərdlilər” mübarizəni yarımfinalda dayandırmışdılar.

1/8 final, cavab oyunu
Fənərbaxça – Yunion (Belçika) 0:1 (ilk oyun – 3:0)
Rasmussen, 68.
Fənərbaxça: İrfan Can Eğribayat, Osayi-Samuel, Ciku, Oostervolde, Fərdi Kadıoğlu, İsmayıl Yüksək, Fred (Zayts, 62), İrfan Can Kahveci (Tadiç, 62), Şimanski, Kent (Mərt Hakan Yandaş, 75/Zəki Dursun, 90+2), Batşuayi (Ceko, 75).

Faktlar
* “Fənərbaxça”nın avrokuboklarda 268-ci oyunundan sona məğlubiyyət sayı (107) yenidən qələbə sayını (106) üstələdi (55 bərabərlik, top fərqi – 363:381).
* “Fənərbaxça”nın avrokuboklarda evdəki 7 oyunluq qələbə və 12 oyunluq məğlubiyyətsiz seriyaları qırıldı. Eləcə də “Fənər”in Belçika təmsilçilərinə qarşı 7 oyunluq məğlubiyyətsiz seriyası qırıldı.
* “Fənərbaxça” Avropanın hər üç aparıcı turnirində, yəni ÇL, AL və KL-də 1/4 finala yüksəlmiş 4-cü klub oldu. İstanbul nəhəngindən başqa bunu “Marsel”, “Roma” və PSV bacarıb.
* “Fənərbaxça” avrokubokların pley-offuna səfərdə qələbə ilə başladığı 9 halın hamısında mərhələni adlamağı bacarıb!
* “Fənərbaxça”nın indiyə qədər KL-də keçirdiyi 16 matçın heç birində bərabərlik qeydə alınmayıb (11 qələbə, 5 məğlubiyyət).

Oyundan sonra
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi:

“Oyunçularım əllərindən gələni etdilər. Yaxşı mübarizə apardıq. Əsas mərhələni keçmək idi ki, buna da nail olduq. Ona görə də oyunçularımı təbrik edirəm. Mərt Hakan Yandaşın əzələsində problem var idi, bir-iki gün məşqlərdə iştirak etməmişdi. Amma oyun günü həkimimiz bizə onun heç bir probleminin olmadığını söyləmişdi. Təəssüf ki, yenə arxa əzələsi dartıldı. İlk oyunda gözəl bir strategiya seçərək faktiki növbəti mərhələyə vəsiqəni rəsmiləşdirdik. Bu gün də eyni ciddiyyətlə oyuna başladıq. Oyunçularım sona qədər seçdiyimiz plana sadiq qaldı. İkinci hissəyə yaxşı başlaya bilmədik. Qolu gözləmədiyimiz anda buraxdıq. Təbii ki, qalib gələrək növbəti mərhələyə yüksəlmək daha yaxşı olardı. Amma zədəli oyunçularımız var idi. Həm bunu, həm də həftəsonu superliqada vacib oyunumuzun olduğunu nəzərə alaraq bir plan seçdik. Uduzsaq da, əsas hədəfimizə çatdıq. Camiəmizə və ölkəmizə xeyirli olsun. Bəli, başqanımızın da dediyi kimi, superkuboku daha irəli bir tarixdə oynamaq istəyirik. Aprelin 7-də oynamaq bizi 1/4 final ərəfəsində çox yoracaq. Başqanımızla federasiya prezidenti arasındakı danışıqlardan sonra hər şey bəlli olacaq. İnşallah, mövsümü üç titulla başa vurmağa çalışacağıq”.


Aleksander Blessin, “Yunion”un baş məşqçisi:

“KL ilə qələbəylə vidalaşdıq. İnsanların komandam və oyunçularımın performansı haqda dedikləri məni maraqlandırmır. Komandamın nəyə qadir olduğunu bilirəm. Ona görə də hər şərtlərdə futbolçularımı qorumaqda davam edəcəm. Bu mövsüm öz çempionatında 80-ə yaxın qol vurmuş “Fənərbaxça”dan səfərdə qol buraxmamaq böyük uğurdu. Onlarda irəlidə Batşuayi kimi futbolçu qərarlaşmışdı. Mübarizəni dayandırsaq da, burda qalib gəldiyimiz üçün özümüzlə fəxr edə bilərik. Bizim üçün mövsüm yaxşı məcrada davam edir. Düzgün yoldayıq. Düzdü, “Fənərbaxça”ya qarşı ilk oyunda müəyyən problemlər yaşadıq. Amma unutmayaq ki, bu, mənim məşqçi kimi avrokuboklarda yalnız ilk mövsümüm idi. Bu mövsüm Avropada yetərincə uğurlu çıxış etdiyimizi düşünürəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-03-2024, 13:0

''Fənərbaxça''dan tarixi qələbə

Dünya futbolu

29-02-2024, 22:0

“Fənərbaxça”nın kubok macərası şok məğlubiyyətlə bitdi

Dünya futbolu

11-07-2022, 18:0

Acunun komandası ''Fənərbaxça'' ilə bacarmadı

Dünya futbolu

30-04-2023, 14:0

Jezuş Zikodan sonra bunu bacaran ilk əcnəbi məşqçi oldu

Dünya futbolu

13-11-2022, 22:0

''Qalatasaray''dan möhtəşəm qələbə!

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 100
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə