Mbappenin yerini o tutacaq?

16.03.2024 10:30 144
Dünya futbolu
PSJ-ni mövsümün sonunda tərk edəcək hücumçunun yerini Luis Dias tuta bilər.

“El Pais” qəzetinin yaydığı xəbərə görə, 27 yaşlı kolumbiyalı Fransa klubunun mümkün transferlərinin siyahısına düşüb.

Dias “Liverpul”da 2022-ci ilin yanvarından çıxış edir. O, bu mövsüm meydana çıxdığı 38 oyunda 11 qol vurub və 5 məhsuldar ötürmə edib.