Mövsümün sonunda iş yerini tərk edəcək

24.03.2023 22:30 220
Dünya futbolu
Dik Advokaatın “Den Haaq” ilə əməkdaşlığı çox da sürməyəcək.

“Football-plus.az” xəbər verir ki, təcrübəli mütəxəssis mövsümün sonunda iş yerini tərk edəcək. 75 yaşlı Advokaat Niderland klubunun baş məşqçi vəzifəsinə 2022-ci ilin noyabrında təyinat alıb. Maraq üçün komandanın hazırda ölkə çempionatının 2-ci divizionunda 30 oyuna 39 xalla 20 iştirakçı arasında 13-cü yerdə olduğunu qeyd edək.