“Real”dan ayrılmağa qərar verdi

26.06.2022 16:54 425
Dünya futbolu
Mariano Dias karyerası ilə bağlı qərar verib.

O, bu yay “Real”dan ayrılmaq niyyətindədi. “Marka” qəzetinin yaydığı xəbərə görə, 28 yaşlı hücumçu artıq bu fikrini klub rəhbərliyinə bildirib. Mariano onu qane edəcək təklifi alarsa, Madrid klubunu tərk edəcək.

Dias “Real”a 2018-ci ildə “Lion”dan keçib. O, La Liqanın son mövsümündə meydana çıxdığı 9 oyunda 1 qol vurub.