Rafael Leaonun mövsümün sonunda “Milan”dan ayrılmaq ehtimalı var.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubu hücumçunu 175 milyon avroya sata bilər. Yerli mənbələrin xəbərinə görə, onun müqaviləsində sərbəst qalması ilə bağlı bənd 2028-ci il iyulun 5-dən iyulun 15-dək qüvvədə olacaq. Deyilənə görə, Leao İngiltərə və ya İspaniyada çıxış etmək istəyir. İddiaya görə, PSJ onu yayda “Real”a keçəcəyi halda Kilian Mbappeni əvəzləmək üçün əsas variant kimi nəzərdən keçirir.
24 yaşlı portuqaliyalı “Milan”da 2019-cu ildən çıxış edir. Rafael bu mövsüm komandada 27 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.