Frenki de Yonq “Barselona”ı tərk etmək istəyir.
“Esport3”un yaydığı xəbərə görə, niderlandlı futbolçu iş yerini mövsümün sonunda dəyişmək niyyətindədi. İddiaya görə, rəhbərliyin fəaliyyətindən narazı olan Frenkinin planına Xavi Ernandesin mövsümün sonunda baş məqşçi vəzifəsindən getmək qərarının da təsiri olub.
De Yonq “Barselona”da 2019-cu ildən çıxış edir. 26 yaşlı futbolçu bu mövsüm La Liqada meydana çıxdığı 15 oyunda 1 qol vurub.