• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

FİFA “Antalyaspor”un cəzasını yenilədi

Dünya futbolu

15-03-2024, 17:0

Bəzi Türkiyə təmsilçiləri maddi cəhətdən çətin dönəm keçirməkdə davam edirlər. Belə klublardan biri “Antalyaspor”du.

Sərgən Yalçının komandası keçmiş borcları üzündən dekabrda FİFA tərəfindən 3 dönəm üçün transfer cəzası almışdı. Yəni Antalya təmsilçisi bir də 2025-in yayında heyətinə yeni futbolçu cəlb edə biləcəkdi. Amma martın 11-də FİFA-nın rəsmi saytında yer alan “cəzalar” bölməsində “Antalyaspor”la bağlı yeni qərar yerləşdirildi. Belə ki, “ağ-qırmızılar”a verilən 3 dönəm transfer cəzası qeyri-müəyyən müddətlik transfer cəzası ilə əvəzlənib. Yəni klub borclu olduğu futbolçulara borcları tam ödəyənə qədər bu cəza qüvvədə qalacaq! Konkret desək, antalyalıların hazırda Erkan Eyibil, Amar Gercaliu və Qustavo Blanko Leşuka ümumilikdə 780 min avro borcu var. Bura ötən mövsümün qış fasiləsində pulunu ala bilımədiyinə görə müqaviləni qarşılıqlı şəkildə ləğv edərək FİFA-ya üz tutan Luis Adrianoya ödəniləcək təzminatı da əlavə etsək, məbləğ 1,5 milyon avroya yüksəlir. Hələ nəzərə alaq ki, bir müddət öncə qalmaqallı şəkildə Türkiyədən vətəni İsrailə deportasiya olunan Saqiv Yehezkelin məsələsi də həllini FİFA-da tapacaq. Çünki İsrailə dəstək verdiyinə görə Türkiyədən qovulan, amma müqaviləsi ləğv edilməyən Yehezkel “Antalyaspor”dan FİFA-ya şikayət edib. Amma maraqlıdı ki, klub prezidenti Sinan Boztəpə jurnalistlərlə görüşdə durumun ciddi olmadığını və 200 min avro ödəniləcəyi təqdirdə transfer qadağasının aradan götürüləcəyini söyləyib. Hazırda “Antalyaspor”dan başqa daha iki klub – “Ankaragücü” və “Konyaspor” da transfer qadağası ilə üz-üzədi. “Ankaragücü” bir müddət öncə borclarının bir qismini ödəmiş, cəzadan qurtulmuş və bunun sayəsində qış transfer dönəmində heyətinə yeni futbolçular cəlb etmişdi. Ancaq qeyd etdiyimiz kimi, FİFA-nın bu həftə açıqladığı siyahıda yenidən paytaxt təmsilçisinin adına rast gəlmək olar. Bu kluba, eləcə də Konya təmsilçisinə 3 dönəm üçün transfer cəzası verilib.

Yeri gəlmişkən, FİFA-nın Mübahisəli Məsələlər üzrə Komitəsi “Beşiktaş”la bağlı da qərar verib. Belə ki, bir müddət öncə Tayler Boyd pulunu ala bilmədiyinə görə İstanbul nəhəngindən şikayət etmişdi. Komitənin qərarı ilə “ağ-qaralar” amerikalı futbolçuya 956 min avro ödəməlidi. Bu məbləğin üzərinə faiz də gələcək. Çünki Boydun müqaviləsi hələ 2022-nin noyabrında ləğv olunmuşdu. “Beşiktaş” bu futbolçunu 2019-un yayında 2,4 milyon avroya Portuqaliya təmsilçisi “Gimaraynş”dan transfer etmişdi. 3,5 mövsüm müqavilə ilə “ağ-qaralar”a məxsus olan, amma arada “Sivasspor” və “Çaykur Rizəspor”da icarə əsasında top qovan 29 yaşlı futbolçu İstanbul nəhəngində cəmi 35 rəsmi oyuna çıxaraq 4 qol vura bildi. Onu da xatırladaq ki, FİFA ötən ilin sonlarında “Beşiktaş”ın daha bir sabiq futbolçusuna - Viktor Ruisə də 2,5 milyon avro təzminat ödəməli olduğuna qərar vermişdi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

7-12-2022, 12:0

Türkiyə klubuna transfer qadağası qoyuldu!

Dünya futbolu

26-12-2023, 18:0

Daha bir futbolçu başını götürüb Kayseridən qaçdı

Dünya futbolu

7-12-2023, 21:0

“Kayserispor”a növbəti cəza

Dünya futbolu / Manşet

22-03-2023, 11:0

Bu oyunçuya görə ''Qalatasaray''a transfer cəzası verildi!

Dünya futbolu

21-10-2022, 12:0

FİFA indi də “Girəsunspor”u cəzalandırdı

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə