Klubun iranlı prezidentinin və futzalçılarının oturum izninə görə Azərbaycana gəlməkdə problem yaşadığı da bəllidi. Bəs komanda növbəti turda meydana çıxacaqmı? Oturum izni ilə müvəqqəti yaşayışın fərqi nədi?
Bu suallarla “Record club”un prezidenti Reza Ebrahimiyə müraciət etdik:
“Komandamız növbəti oyuna çıxacaq. Oturum izni məsələsi də, deyilənə görə, bu gün həll olunacaq. AFFA-nın baş katibi Sərxan Hacıyev razılıq verib. Kazbek Tuayev danışıb və məsələni həll edib. Futzal Federasiyasının prezidenti Zaur Axundov məktub yazacaq və iş həll olunacaq. Oturum izni mənə və müavinimə veriləcək ki, gəlib komanda ilə bağlı proqblemləri yoluna qoya bilək”.
ƏSƏD SEYİDOV






