“Baku Fire”ın təxirə salınan oyunu yenidən keçiriləcək

19.12.2023 13:50 198
Aktual / İdman
Futzal üzrə yüksək liqada “Record Club”la “Baku Fire” arasındakı görüşün protokulun texniki sistemə vaxtında daxil edilməməsi üzündən təxirə salındığını və 2-ci komandanın bu matçın yenidən keçirilməsi üçün AFFA-ya müraciət ünvanladığını bildirmişdik.

"Football-plus.az" olaraq, klub rəhbərliyindən aldığımız məlumata görə, AFFA oyunun təkrar keçirilməsinə icazə verib.

Xəbəri dəqiqləşdirmək üçün Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxladıq:

“Oyun təkrar keçiriləcək. Bu barədə AFFA-nın İntizam Komitəsinin qərarı var. Sadəcə, “Record Club”un əksər oyunçuları İran vətəndaşı olduqları üçün hazırda ölkədə deyillər. Çox güman, qarşılaşma yanvarın sonlarında baş tutacaq”.

MİRKAMAL KAZIMZADƏ