“Komandamız növbəti çempionat oyununa çıxmayacaq” – 36 qol buraxdı, belə dedi

27.02.2024 11:55 191
Aktual / İdman
Futzal üzrə yüksək liqada 13-cü turun oyunlarının birində gözlənilməz hesab qeydə alınıb.

Belə ki, “Record club” “Neftçi”yə 3:36 hesabıyla uduzub. “Ağ-qaralar” faktiki “hər dəqiqəyə bir qol” prinsipi ilə hərəkət edib. Belə acınacaqlı məğlubiyyətin səbəbi nədir? Niyə belə vəziyyətdəsiz? Bu suallarla “Record club”un baş məşqçisi Reza Ebrahimiyə müraciət etdik:

“Biz də istəməzdik ki, belə olsun. Əsas heyət oyunçuları iranlılardı və hələ Bakıya gəlməyiblər. Komandamız növbəti çempionat oyununa çıxmayacaq. Bizim oyunçulara oturum üçün dəstək verməyiblər. Əsas komanda İrandadı, hazırda orda məşq edir. Oturum verilmiyibsə, necə gələ bilərlər?”

ƏSƏD SEYİDOV