Söhbət “Rekord club” – “Neftçi” İK (3:36) oyunundan gedir. Belə hesablar ölkə çempionatının nüfuzuna, imicinə zərbə vurmurmu? “Football-plus.az” bu sualla Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədova müraciət etdi:
“Federasiyanın işi çempionatı təşkil etməkdi və biz də bu işi görürük. “Record club” qış fasiləsindən sonra legionerlər üçün oturum ala və gətirə bilmədi. Ona görə sırf yerli futzalçılarla oynadılar. Biz də istəmərik ki, belə nəticələr olsun. Bu, bizim işimizə də xələl gətirir. Amma biz oyunun gedişinə müdaxilə edə bilmərik”.
ƏSƏD SEYİDOV





