''Barselona''nın sabiq ulduzlarını heyətinə qatmaqla populyarlıq qazanan ''İnter Mayami'' növbəti oyununu keçirib.
Bu kollektiv KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında ''Neşvill'' ilə qarşılaşıb. İki MLS təmsilçisinin ilk görüşündə 2:2-lik bərabərlik qeydə alınmışdı. Bu dəfə isə ''İnter Mayami'' Lionel Messi ilə Luis Suaresin inamlı oyunu sayəsində 3:1 hesablı qələbə qazandı. Həm Messi, həm də Suares aktivinə 1 qol, 1 məhsuldar yazdı. Qeyd edək ki, bu mövsüm argentinalı superulduz iştirak etdiyi 5 rəsmi oyunun hamısında ən azı 1 qolun vurulmasında yaxından iştirak edib. Bu oyunlarda onun aktivində 5 qol, 2 məhsuldar ötürmə, Suaresdə isə 6 rəsmi oyunda 4 qol, 5 məhsuldar ötürmə var.
ƏLİ