• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Dənizçilər” oynadı, “kimyaçılar” qazandı - REPORTAJ

Premyer-liqa / Reportaj

12-03-2024, 22:0

Turunun ilk qarşılaşmasında “Səbail”lə “Sumqayıt” üz-üzə gəldi.

Hər biri 2-ci yer uğrunda mübarizə apardığından meydanda gərgin mübarizə yaşanacağı şübhə doğurmurdu. İlk dəqiqələrdən qonaqların üstünlüyü və topa nəzarəti gözdən qaçmadı. Amma buna təəccüblənmədik. Çünki Diniyevin komandası, adətən, bütün oyunların ilk hissəsində müdafiə olunur, ikincidə rəqibi cəzalandırmağın yolunu tapır. Bu dəfə ssenari pozuldu. 10-cu dəqiqədə Bədəlov topu müdafiəçilərin arxasına göndərdi, Ninqa yumşaq baş zərbəsi ilə hesabı açdı. Mdafiəçilərlə yanaşı, Səlahətin də kobud səhvini danmaq olmaz. Belə ki, qapıçı ötürmə anında irəli atılıb topu götürə biləcəyi halda, qapı xəttində dayanmağı seçdi və cəzalandı. Qoldan ruhlanan Abasovun yetirmələri hücumda daha da fəallaşdı. Ninqa cərimə meydançasından kənarda önünün boş olmasından istifadə edib qapıya qüvvətli zərbə vurdu. Qolkiper bu dəfə səhvsiz çıxış etdi. 29-cu dəqiqədə “kimyaçılar” yenə fərqi artırmağa yaxın oldu. Səbuhinin sol cinahdan iti bucaq altından qüvvətli zərbəsi dirəyə tuş gəlib geri qayıtdı, Ninqanın zərbəsinin qarşısını isə Mehremiç aldı. 38-ci dəqiqədə növbəti qol vəziyyəti yarandı. Bu dəfə isə meydan sahiblərinin bombardiri Ramalinqom Pedronun ötürməsindən sonra topu qapı dirəyinə vurdu.

2-ci hissə birmənalı şəkildə “Səbail”in diqtəsi altında keçdi. 67-ci dəqiqədə qonaqların qapısına penalti təyin olundu. Masikanın qapıya zərbəsi zamanı top Rövlanın qoluna dəydi və bu məqam hakimin gözündən qaçdı. Amma bu məqamda Diniyev çox maraqlı addım atdı. Daha doğrusu, səhvə yol verdi. Komandanın əsas penalti ustası Ramalinqomu meydandan çıxarmağın adı nə idi?! Belədə “nöqtə”yə yaxınlaşan Pedro Nuno Cənnətovla mübarizədən məğlub ayrıldı. Meydan sahiblərinin sonuncu cəhdi isə uzatma dəqiqələrinə təsadüf etdi. Luqasinin ötürməsini Mehremiç düzgün dəyərləndirə bilmədi.
Beləliklə, “Sumqayıt” bu qələbə sayəsində yenidən tunir cədvəlində 2-ci pilləyə yüksəldi, məğlub “Səbail”i 5-ci pilləyə düşdü.
Gözdən qaçmadı

* Komandalar meydana çıxanda “8 Mart Beynəlxalq Qadınlar Gününnüz Mübarək” yazılan baneri yerdən qaldırdılar. Bununla da xanımları bayram münasibətiylə təbrik etdilər. Əlavə olaraq “Səbail”in qızlardan ibarət U-14 komandalarının üzvlərinə gül dəstələri verdilər.
* Oyundan əvvəl “Səbail”in Müşahidə Şurasının üzvü Əbdülqəni Nurməmmədov Adil Nağıyevə ölkə çempionatında 200-cü oyuna çıxdığına görə xüsusi forma təqdim etdi.
* “Kimyaçılar” azarkeş qrupu yetərincə fəal idi, hətta “Dənizçilər”in səsini eşidilməz etmişdi.
* 80-88-ci dəqiqələr aralığında hesab tablosu işləmədi.
* Murata əvəzlənməsinə çox sərt şəkildə etiraz etdi, Samir Abasovun əlini çıxmadı, formasını çıxararaq ehtiyat oyunçular skamyasındakı oturacağa çırpdı. Baş məqşçi oyundan sonra ona səhvlərini uzun-uzadı izah etdi.
* Şahin Diniyev epizodların birində futbolçusu ilə mübarizədə rəqib oyunçunun yerdə qalmasına görə baş hakimin matçı dayandırmasına etirazını 4-cü hakimə bildirdi: “Fərid, korpus qoyub”. Sonradan əsas vaxta 5 dəqiqə əlavə olunmasına görə də gileyləndi: “Fərid, gördün? Nə artırıldı ki...”

KAMAL SƏFƏR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

6-02-2024, 20:0

Ninqa Sumqayıta bayram yaşatdı – REPORTAJ

Premyer-liqa / Reportaj

26-12-2023, 23:0

Mehremiç Samir Abasovun üzünü güldürdü - REPORTAJ

Premyer-liqa / Reportaj

8-08-2023, 17:0

“Kimyaçılar” “dənizçilər”i “zəhərlədi” - REPORTAJ

Ölkə kuboku / Reportaj

19-12-2023, 20:0

“Sumqayıt” “Karvan”ın işini son 10 dəqiqədə bitirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

29-01-2024, 19:0

Paçu “dənizçilər”ə divan tutdu - REPORTAJ

Premyer-liqa / Reportaj

10-10-2023, 15:0

“Qəbələ” oynadı, “Səbail” qazandı - REPORTAJ

Aktual
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
Son xəbərlər
  • Bu gün, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Bu gün, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Bu gün, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Bu gün, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Bu gün, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Bu gün, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Bu gün, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Bu gün, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Bu gün, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Bu gün, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Bu gün, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Bu gün, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Bu gün, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Bu gün, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Bu gün, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Bu gün, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Bu gün, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Bu gün, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Bu gün, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Bu gün, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Bu gün, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Bu gün, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Bu gün, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Bu gün, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Bu gün, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Bu gün, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 248
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə