• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Liderlər xal itirdi, yalnız “Atletiko” sevindi – TURUN ŞƏRHİ

Dünya futbolu

6-03-2024, 20:0

Lider “Real” şənbə günü xal itirdiyindən ertəsi meydana çıxan “Jriona”, “Barselona” və “Atletiko” Madrid klubu ilə xal fərqini azaltmaq üçün əla imkan qazanmışdı.


Ancaq yalnız “hindular” bu imkandan yararlandı. “Barsa” “Atletik”in müqavimətini qıra bilmədisə, “Jirona”, ümumiyyətlə, uduzdu.

Çətin ki, kimsə belə ssenari gözləyirdi, ancaq “Valensiya” liderdən xal ala bildi. İlk dəqiqələrdən daha yaxşı təsir bağışlayan qonarlar topa nəzarət baxımından böyük üstünlüyə malik idi, ancaq təhlükəli vəziyyət yarada bilmirdi. “Valensiya” hissənin ortalarında qazandığı ilk şansdan yararlandı. Duro Peresin ötürməsini qapadı. Demək olar ki, ilk qoldan dərhal sonra madridlilər daha bir qol buraxmaqla vəziyyətibi daha da çətinləşdirdi. Karvaxalın ötürmə səhvindən Yaremçuk istifadə etdi. Amma “Real” belə oyunlarda geridönüş etməyin böyük ustasıdı. “Ağ şimşəklər” ilk yarının sonuncu uzatma dəqiqəsində fərqi minimuma endirdi. Səkən top Vinisiusa çatdı, o isə qarşısıalınmaz zərbə vurdu. Fasilədən sonra uzun müddət ərzində qonaqlar qol vurmaqda çətinlik çəkdi. Yalnız bir neçə dəyişiklikdən sonra “Real” bərabərlik qolunu vura bildi. Sonradan meydana çıxan Dias Vinisiusun fərqlənməsinə şərait yaratdı. Ancaq qonaqların bundan artığına gücü çatmadı. Əksinə, uzatma dəqiqələrində hakim “Real”ın qapısına həm penalti təyin etdi, həm də qərarını dəyişdi. Bu, hakimin yeganə hoqqası olmadı. “Real” son saniyələrdə künc zərbəsi yerinə yetirdi, “yarasalar” topu qapıdan uzaqlaşdıran kimi Xesus Xil Mansano final fitini səsləndirdi, halbuki hücumun davamında Bellingem qol vurdu. “Real”ın kəskin etirazıyla üzləşən referi oyundan sonra Bellingemə qırmızı vərəqə də göstərdi.

Srağagün səfərdə kubokun finalçısı “Malyorka” ilə qarşılaşan “Jirona”, təbii ki, “Real”ın bir gün əvvəl xal itirməsindən xəbərdar idi. Kataloniyalıların əlinə Madrid nəhəngi ilə xal fərqini 4-ə endirmək üçün əla fürsət düşmüşdü. Amma bunu bacarmadılar. “Malyorka” 33-cü dəqiqədə hesabı açdı. “Jirona” bütün qalan vaxt ərzində hücum qursa da, məğlubiyyətdən qaça bilmədi. 2022-nin oktyabrından bəri ilk dəfə ardıcıl üç səfər oyununda uduzan “Jirona” “Real”a yaxınlaşmaq bir yana, 2-ci pilləni də əldən verə bilərdi.

Ancaq “Barselona” da “Atletik”lə səfər oyununda xal itirdi. Oyun çox xaotik alındı, qol vəziyyətlərinin sayı o qədər də çox olmadı. Futbolçular çoxlu ötürmə səhvinə yol verdi. Bu üzdən qolsuz heç-heçəni məntiqəuyğun nəticə saymaq olar. Hərçənd azarkeşləri qollarla sevindirmək daha yaxşı olardı. İlk yarıda Kanselonun zərbəsi, həmçinin “Barsa”nın iki məcburi əvəzetməsi yadda qaldı. 2-ci hissədə də zaman-zaman gah bu, gah da digər komanda pressinq edir, gərginlik yaratmağa çalışırdı. Açığı, fasilədən sonra “Atletik” daha maraqlı oynadı. Qolsuz heç-heçənin komandalardan hansınısa razı saldığına inanmaq çətindi.

Kubokda mübarizəni dayandıran “Atletiko”un yeganə hədəfi “ÇL zonası”nda yerini qorumaqdı. “Hindular” ilk yarıda iki qol vurdu. “Betis” 62-ci dəqiqədə fərqi azaldandan sonra Oblak qələbəni qorumaq yolunda hədsiz fədakarlıq etdi. “Betis”in 5 oyunluq məğlubiyyətsiz seriyası başa çatdı.

“Sevilya” sonuncu dəfə təxminən üç il əvvəl – 2021-in aprelində qalib gəldiyi “Real Sosyedad”ı qəbul etdi. Əndəlüslər təkcə uğursuz seriyanı qırmaq yox, həm də turnir vəziyyətini yaxşılaşdırmaq istəyirdi. Ancaq basklar müqavimətsiz təslim olmaq fikrində deyildi. Onsuz da mövsümün 2-ci yarısı boşa verilib. Meydan sahibləri oyuna fəal başladı və dərhal da Remironun qapısı önündə təhlükəli vəziyyətlər yaratdı. Onların heyətində Ən-Nəsiri üç dəqiqə ərzində 2 qol vurdu. Önəmli üstünlük qazanan “Sevilya” topu rəqibə verdi. İlk yarının sonunda penaltini qola çevirən Silva baskların xal ümidini canlandırdı. Ancaq 2-ci hissənin əvvəlində meydan sahibləri üstün təsir bağışadı. Təcrübəli Ramosun 65-ci dəqiqədə vurduğu qol “Sevilya”nın qələbəsinə şübhə yeri qoymadı.

Turun qalan oyunlarına gəlincə, aşkar autsayder “Almeriya”nı məğlub edən “Selta” təhlükəli zonadan uzaqlaşmq yolunda kiçik addım atdı, “Rayo Valyekano” – “Kadis”, “Xetafe” – “Las-Palmas” oyunları heç-heçə bitdi, “Vilyarreal” “Qranada”nı darmadağın etdi. Dünən axşam keçirilən son oyunda “Osasuna” “Alaves”ə qalib gəldi.

27-ci tur
Valensiya – Real 2:2
Duro, 27. Yaremçuk, 30 – Vinisius, 45+5; 76. (47427)
Real: Lunin, Mendi (Qarsiya, 72), Çuameni, Rüdiger, Karvaxal, Kamavinqa (Xoselu, 73), Kroos (Modriç, 63), Valverde (Naço, 86), Bellingem, Vinisius, Rodriqo (Dias, 63).
Malyorka – Jirona 1:0
Kopete, 33. (17769)
Jirona: Qassaniqa, Qutyerres, Xuanpe, E.Qarsiya, Kouto, A.Qarsiya, Solis (Stuani, 78), Savio, Martin (Portu, 55), Sıqankov, Dovbik.
Atletik – Barselona 0:0
(50295)
Barselona: Ter Ştegen, Kanselo, Kubarsi (Martines, 76), Arauxo, Kunde, Kristensen (Romeo, 76), Gündoğan, De Yonq (Lopes, 26), Pedri (Yamal, 45), Rafinya (Feliş, 76), Levandovski.
Atletiko – Betis 2:1
Silva, 8-öz qapısına. Morata, 44 – Karvalyo, 62. (61901)
Atletiko: Oblak, Ermoso, Paulista, Vitsel, Lino (Rikelme, 81), Barrios, Koke (Saul, 62), De Paul (Molina, 62), Lyorente, Depay (Mandava, 81), Morata (Saviç, 86).
Sevilya – Real Sosyedad 3:2
Ən-Nəsiri, 11; 13. Ramos, 65 – Silva, 45+5-p. Mendes, 90+2. (35884)
Selta – Almeriya 1:0
Minqesa, 73. (18005)
Rayo Valyekano – Kadis 1:1
Lejen, 89 – Ernandes, 90+12. (12272)
Xetafe – Las-Palmas 3:3
Mata, 11. Qrinvud, 14. Maksimoviç, 45 – Ramires, 35. Kardona, 50. Munir, 57. (7623)
Vilyarreal – Qranada 5:1
Sörlot, 7; 19; 65. Kapu, 32. Gedeş, 47 – Korbyanu, 90+1. (15896)
Osasuna – Alaves 1:0
Budimir, 76. (17215)
1. Real 27 20 6 1 56-18 66
2. Jirona 27 18 5 4 57-33 59
2. Barselona 27 17 7 3 56-34 58
4. Atletiko 27 17 4 6 54-29 55
5. Atletik 27 14 8 5 46-26 50
6. Betis 27 10 12 5 32-28 42
7. Real Sosyedad 27 10 10 7 37-29 40
8. Las-Palmas 27 10 7 10 29-29 37
9. Valensiya 26 10 7 9 31-31 37
10. Osasuna 27 10 6 11 31-37 36
11. Xetafe 27 8 11 8 36-41 35
12. Vilyarreal 27 8 8 11 43-49 32
13. Alaves 27 7 8 12 25-33 29
14. Malyorka 27 5 12 10 24-34 27
15. Sevilya 27 6 9 12 33-40 27
16. Rayo Valyekano 27 5 11 11 23-37 26
17. Selta 27 5 9 13 30-39 24
18. Kadis 27 2 13 12 18-38 19
19. Qranada 26 2 8 16 28-54 14
20. Almeriya 27 0 9 18 25-55 9
Bombardirlər: Bellingem (Real) – 16, Mayoral (Xetafe) – 15, Dovbik (Jirona), Morata (Atletiko), Budimir (Osasuna) - 14.
Növbəti turun oyunları martın 8-11-i aralığında keçiriləcək: Barselona – Malyorka, Valensiya – Xetafe, Kadis – Atletiko, Qranada – Real Sosyedad, Jirona – Osasuna, Alaves – Rayo Valyekano, Las-Palmas – Atletik, Real – Selta, Betis – Vilyarreal, Almeriya – Sevilya.

Turun rəqəmi
25 – “Atletiko” La Liqada keçirdiyi son 25 ev oyununun heç birində məğlub olmayıb. Komanda bu oyunların 23-də qalib gəlib, 2-də heç-heçə edib.

Turun ulduzu
Alvaro Morata (Atletiko) – sıradan bir rəqib olmayan “Betis”lə oyunun taleyini həll etdi. 28-ci dəqiqədə qonaqların qapıçısı Rus Silva ilə penalti duelindən məğlub ayrılsa da, 44-cü dəqiqədə komandasının 2-ci qolunu vurdu. Əvəzləndiyi 86-cı dəqiqəyə qədər meydanda ən fəallardan oldu.

Turun sitatı
Vinisius Junior, “Real”ın yarımmüdafiəçisi: “Qalib gələ bilmədik, ona görə ki, bizə qalib gəlməyə imkan vermədilər. Dubl? Buna görə şadam, “Real” üçün tarix yazmaqda davam edirəm”.

Reaksiyalar
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“Ağır məğlubiyyətlər yaşamalı olduq, çox arzuladığımız kubokun finalına çıxa bilmədik. Cümə axşamı uduzmağımıza baxmayaraq, azarkeşlər bu gün bizi dəstəklədi. Oyuna yaxşı başlasaq da. 2-ci hissədə dinamika dəyişdi. Müdafiə olunmaq lazım gəldi, xərclədiyimiz enerjini dəyişikliklər hesabına bərpa etdik. Ancaq haqq etdiyimiz qələbəni qazandıq. Bu qələbə bizə güc verəcək”.


Xavi Ernandes, “Barselona”nın baş məşqçisi:

“Yaxşı oyun keçirdiyimizi düşünmürəm. Yaxşı hücumlar qura bilmədik. Maksimum bacarığımızı göstərə bilmədiyimizə görə məyusam. Bu oyunda bizdən daha artığı tələb olunurdu. Bütün mənalarda imkanı qaçırdıq: oyun, təəssürat, turnir cədvəlində geriliyi azaltmaq planında. Uğursuzluğa düçar olduq. Özümüzə tənqidi yanaşmalı, yaxşı oynamadığımızı anlamalıyıq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

8-11-2023, 16:0

Madrid nəhəngləri büdrədi, “Jirona” yenə zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

27-12-2023, 19:0

“Atletiko” “Barsa”ya çatdı – TURUN ŞƏRHİ

Dünya futbolu

12-04-2023, 18:0

“Real” üçün çempionat bitib - ŞƏRH

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

2-11-2023, 00:0

Bellingem “Barsa”nı da məğlub etdi - TURUN ŞƏRHİ

Aktual
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
Son xəbərlər
  • Bu gün, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Bu gün, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Bu gün, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Bu gün, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Bu gün, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Bu gün, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə