• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Atletiko" son finalçını mübarizədən kənarlaşdırdı! - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

14-03-2024, 02:0

Avropanın ən baxımlı klub turnirində 1/8 final başa çatmaq üzrədi.

Bu gün və sabah ən güclü “8-liy”in son iştirakçıları bəlli olacaq. “Arsenal” və “Atletiko” fanatları ilə birləşərək səfərdə qeydə alınan minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Səfərdən heç-heçə ilə dönən “Barselona” ilə Dortmund “Borussiya”sı isə işi evdə həll etməyə səy göstərəcək.

“Barselona” üçün həqiqət anı

İlk görüşdə Qalenonun qarşısını kəsə bilməyərək məğlubiyyətlə barışmalı olan “Arsenal” özü üçün tanış olan bir duruma düşdü. Məsələ burasındadı ki, buna qədər London nəhəngi bu turnirin bu mərhələsinə ardıcıl 7 dəfə məğlubiyyətlə başlayıb və bunların heç birində mübarizəni davam etdirə bilməyib. Bu oyunların hamısı 2010/11 - 2016/17 aralığına təsadüf edib. Ən maraqlısı odu ki, “topçular”ın ÇL-in 1/8 finalında ilk oyunda uduzandan sonra mərhələni adlamasına sonuncu dəfə məhz elə “Portu” ilə dueldə rast gəlinib. Bu hadisə 2009/10-da baş vermişdi. O vaxt “Arsenal” Portuqaliyada qeydə alınan 1:2-nin əvəzini evdə 5:0-la çıxmışdı. Artetanın komandasının əla durumda olduğunu, evdəki son 4 oyunda qalib gəldiyini və bu matçlarda 14 qol vurduğunu nəzərə alsaq, “əjdahalar”ın işi heç də asan olmayacaq. Maraqlıdı ki, ötən mövsüm “Arsenal”ın avrokubok macərası məhz elə Portuqaliya təmsilçisi ilə oyunda başa çatmışdı. Londonlular AL-in 1/8 finalında “Sportinq”lə dueldə penalti seriyasında uduzmuşdular. Kataloniyada baş tutacaq duelə gəlincə, “Barselona” son vaxtlar sanki bir qədər dirçəlib. Xavi mövsümün sonunda ayrılacağını açıqladığı gündən bəri komanda heç kimə uduzmayıb (8 oyun, 5 qələbə, 3 heç-heçə). Amma komandanın hansı durumda olması ilə bağlı suallara məhz bu oyun cavab verməlidi. Təsadüfi deyil ki, Xavi qarşıdakı görüşü “Barsa” üçün mövsümün ən vacib oyunu adlandırıb. Qeyd edək ki, “blauqrana” tarixi ərzində 28 dəfə avrokubokların pley-offuna səfərdə heç-heçə etməklə başlayıb və bunların 22-də mərhələni adlayıb. Maraqlıdı ki, sonuncu dəfə komanda səfərdən bərabərliklə qayıdandan sonra evdə məğlubiyyətlə barışmalı olmuşdu. Bu, 2021/22-də AL-in 1/4 finalında Frankfurt “Ayntraxt”ı ilə dueldə baş vermişdi (səfərdə 1:1, evdə 2:3). Amma “Napoli” fanatları bu fakta çox da sevinməsin. Çünki onların sevimli komandası indiyə qədər avrokubokların pley-offuna 6 dəfə evdə heç-heçə etməklə başlayıb və bunların heç birində mərhələni adlaya bilməyib. Sonuncu dəfə bu hal məhz elə “Barsa” ilə dueldə yaşanmışdı. 2019/20-də də ÇL-in məhz bu mərhələsində bu komandalar arasında Neapolda qeydə alınan 1:1-dən sonra “Barselona” evdə 3:1 üstün olmuşdu.

“İnter” Madridə favorit statusunda yollanır
“Atletiko”nun “İnter” səddini aşmaq şansı o qədər də yüksək qiymətləndirilmir. Bu mülahizəni həm komandaların son durumuna, həm də bukmekerlərin açıqladığı əmsallara əsasən irəli sürmək olar. Məsələn, son 9 rəsmi oyuna nəzər salsaq, “Atletiko”nun cəmi 2 qələbəsi və 5 məğlubiyyəti var. ÇL-in son finalçısı statusunda olan “neradzurra” isə nəinki son 9, hətta son 13 rəsmi oyunun hamısından qələbə ilə ayrılıb! Bu komandaların ilk duelində zədələnəndən bəri meydana çıxmayan Qrizmannın bu dəfə oynamaq şansı var. Komandasının lideri sayılan təcrübəli fransalının meydana çıxması “Atletiko” üçün əlavə üstünlük ola bilər. Madrid klubunun ÇL-in pley-offunda evdəki son 3 oyunda qalib gələ bilmədiyini xüsus vurğulayaq (2 heç-heçə, 1 məğlubiyyət). Maraqlıdı ki, “Atletiko” indiyə qədər pley-offa səfər məğlubiyyəti ilə başladığı 24 halın 12-də mərhələni adlayıbsa, 12-də mübarizəni dayandırmalı olub. “İnter” ardıcıl 2-ci dəfə 1/8 finala evdə 1:0 qalib gəlməklə başlayır. Ötən mövsüm bu, “Portu” ilə dueldə baş vermiş və milanlılar cavab oyunundakı qolsuz bərabərlikdən sonra mərhələni adlamışdılar. Ümumilikdə “İnter” tarixi ərzində 46 dəfə pley-offa ev qələbəsi ilə başlayıb və bunların yalnız 4-də mərhələni adlaya bilməyib. Bu mövsüm erediviziyada hələ də uduzmayan PSV-nin 80 minlik “Siqnal İduna Park”da necə təsir bağışlayacağı maraq doğurur. İlk görüşdə qalib gələ bilməməsinə rəğmən, məhz sabiq PSV-li Malenin qolu ilə yaxşı üstünlük yaxalayan “Borussiya”nın belə fürsəti əldən verəcəyi inandırıcı görünmür. Statistika qonaqlar üçün yaxşı heç nə vəd etmir. PSV tarixi ərzində Almaniya klublarına qarşı səfərdə keçirdiyi 19 oyunun yalnız 1-də qalib gəlib (4 heç-heçə, 14 məğlubiyyət). Bundan başqa, “Borussiya” indiyə qədər avrokuboklarda pley-offa 9 dəfə səfər heç-heçəsi ilə başlayıb və bunların yalnız 1-də mərhələni adlaya bilməyib. Yeganə uğursuzluq 1994/95-də ÇL-in yarımfinalında “Yuventus”la dueldə qeydə alınıb (səfərdə 2:2, evdə 1:2). PSV üçün isə ilk oyunda evdəki 1:1 yaxşı əlamət deyil. Eyndhoven təmsilçisi indiyə qədər avrokubokların pley-offuna 5 dəfə evdə konkret bu nəticə ilə başlayıb və bunların hamısında mübarizəni dayandırıb.

1/8 final, cavab oyunları
12 mart

Barselona – Napoli 3:1
Fermin Lopes, 15. Joau Kanselu, 17. Robert Levandovski, 84 - Amir Rrahmani, 30.
Cəzalı: yoxdu
Hakim: Danni Makkeli (Niderland)
İlk oyun – 1:1.

Arsenal – Portu 1:0 pen. 4:2
Leandro Trossard, 41.
Cəzalı: yoxdu
Hakim: Kleman Turpen (Fransa)
İlk oyun – 0:1.

13 mart
Atletiko – İnter 2:1, pen. 3:2

Qrizman, 35. M.Depay, 86 - Dimarko, 33.
Cəzalı: yoxdu
Hakim: Şimon Marçinyak (Polşa)
İlk oyun – 0:1.

Borussiya D – PSV 2:0
Sanço, 3. M.Roys, 90+5
Cəzalı: Şlotterbek/yoxdu
Hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:1.

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

15-03-2023, 10:0

ÇL: Bu gün 1/8 final mərhələsinə yekun vurulacaq - YENİLƏNİR

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Manşet / Çempionlar Liqası

9-03-2023, 03:0

Daha iki komanda 1/4 finala yüksəlib - YENİLƏNİB

Çempionlar Liqası

5-10-2023, 01:0

"Nyukasl" PSJ-ni böyük hesabla məğlub etdi - YENİLƏNİB

Dünya futbolu / Manşet

22-02-2024, 01:0

İtaliyada bərabərlik, “Porto”dan qələbə - YENİLƏNİB

Çempionlar Liqası

25-02-2023, 13:0

İngilislər enişdə, italyanlar yüksəlişdə!

Aktual
“Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
Son xəbərlər
  • Bu gün, 13:49
    PSJ-də bonus sistemi yeniləndi
  • Bu gün, 13:28
    Mövsümü xilas etməyin yeganə yolu... – bütün hakimlər "həbs olunmalıdı"!
  • Bu gün, 13:07
    70-ci dəfə həftənin ən yaxşısı sayıldı
  • Bu gün, 12:56
    AFFA-dan "Neftçi"yə cəza yağdı - 26 min 200 manat!
  • Bu gün, 12:25
    “DH Volley” yüksək liqada gümüş medal qazandı - VİDEO
  • Bu gün, 11:54
    Boksçumuz qələbə qazandı - Dünya Kuboku
  • Bu gün, 11:23
    “Nə gizlədim, hədəfimiz həmişə 1-ci liqaya çıxmaq olub” - “Dinamo”nun prezidenti gələcək hədəflərdən danışdı
  • Bu gün, 10:52
    Premyer-liqada yerli bombardir qıtlığı: penalti olmasa, Eminlə Toral da olmazdı!
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
Daha çox
Oxunub: 544
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 267
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 263
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə