• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İtaliyada bərabərlik, “Porto”dan qələbə - YENİLƏNİB

Dünya futbolu / Manşet

22-02-2024, 01:0

Avropanın bir nömrəli klub turnirində 1/8 final həyəcanı davam edir.

Ötən həftə ilk oyun günündə qonaqlar, ikinci oyun günündə meydan sahibləri sevinmişdi. Görəsən, bu dəfə necə olacaq? Dieqo Simeone futbolçu kimi şərəfini qoruduğu, Peter Bos isə vaxtilə çalışdırdığı klubu büdrətməyə çalışacaq.

Simeone sabiq klubuna qarşı
Favoriti müəyyənləşdirməyin çox çətin olduğu “İnter”lə “Atletiko”nun duelində ilk oyun Milanda keçiriləcək. Oyundan öncə madridlilərin çalışdırıcısı Dieqo Simeone diqqət mərkəzindədi. Çünki argentinalı mütəxəssis futbolçu kimi iki mövsüm “İnter”də top qovub və hətta 1997/98-də milanlıların heyətində UEFA kubokunu qazanıb. Bu, Simeone üçün ÇL-də yubiley – 100-cü qarşılaşma olacaq. 53 yaşlı mütəxəssis bu turnirdə 100 oyun həddinə çatan 9-cü məşqçi kimi tarixə düşəcək. Yeri gəlmişkən, Simeone ilə “İnter”in çalışdırıcısı Simone İnzaqi bir-birini gözəl tanıyır. Onlar 4 il (1999-2003) “Latsio”da birlikdə top qovub. ÇL-in son finalçısı statusunda olan “İnter” də yubiley astanasındadı. Belə ki, bu komanda təsnifat mərhələləri də daxil olmaqla indiyə qədər ÇL-də 298 qol vurub. Bu mövsüm 33 rəsmi oyunun yalnız birində meydanı qolsuz tərk edən “İnter”ə 300 qol həddinə çatmaq üçün 2 top lazımdı. Amma bunu etmək asan olmayacaq. Son 11 rəsmi oyunda “Atletiko”ya yalnız “Real” 1-dən artıq qol vurub. Üstəlik “neradzurra”nın İspaniya klublarına qarşı son 16 oyunda cəmi 2 qələbə qazandığını da bildirək (4 heç-heçə, 10 məğlubiyyət)! Bu komandaların yolu daha öncə yalnız bir dəfə kəsişib. 2010-cu ildə Monakoda Avropa superkuboku uğrunda oyunda AL-in qalibi statusunda olan “Atletiko” ÇL-in qalibi statusunda olan “İnter”i 2 cavabsız qolla məğlub etmişdi. Çərşənbə axşamının digər oyununda Eyndhovendə yaxşı formada olan iki komanda – PSV ilə Dormtund “Borussiya”sı qarşılaşacaq. PSV-yə bu mövsüm Niderland çempionatı tarixində ilk 18 turda qələbə qazanan ilk kluba çevrilmək üçün cəmi 1 qələbə çatmadı. Bu mövsüm Peter Bosun kollektivi hələ evdə uduzmayıb və bu fakt dortmundluları narahat etməyə bilməz. Bosdan söz düşmüşkən, bu mütəxəssis 2017-nin yayında “Ayaks”ı tərk edərək “Borussiya”nın başına keçmişdi. Amma onun Dortmund macərası qısa və uğursuz alınmışdı. Həmin ilin payızında “Borussiya” ÇL-in qrupunda bütün oyunlarda qələbəyə həsrət qalaraq pley-offa çıxa bilməmişdi. Amma indiki “Borussiya” haqda bu sözləri demək olmaz. “Ölüm qrupu”nu sürpriz şəkildə zirvədə tamamlayan “arılar” hazırda 9 oyunluq məğlubiyyətsiz seriyaya malikdi. Komanda həm də qışda heyətini Sanço və bundesliqada yanvarın ən yaxşı gənc oyunçusu seçilən Maatsen kimi futbolçularla gücləndirib.

Maradonanın adını daşıyan stadionda kim sevinəcək?
Çərşənbə gününün oyunlarına gəlincə, yaxşı formada olan və premyer-liqanın son 5 turunda ümumilikdə 21 qol vuraraq qələbə qazanan “Arsenal”ın çətin “Draqao” səfərində necə təsir bağışlayacağı maraq doğurur. London nəhəngi 2016/17-dən bəri ilk dəfə ÇL-də pley-off həyəcanı yaşayacaq. “Portu” üçün mövsüm asan keçmir. Komanda qrupda “Barselona” ilə eyni xal toplasa da, daxili çempionatda tez-tez büdrəyir və liderdən 8 xal geridədi. Bəzi statistik məqamlar “Arsenal”ın xeyrinə deyil. Belə ki, komanda ÇL-in 1/8 finalının ilk oyunu çərçivəsində keçirdiyi son 6 qarşılaşmanın hamısında (!) məğlub olub. Son 7 halda isə “topçular” 1/8 final səddini adlaya bilməyib. Üstəlik bu komanda indiyə qədər səfərdə “Portu”ya qarşı keçirdiyi hər 3 oyunda qələbəyə həsrət qalıb (1 heç-heçə, 2 məğlubiyyət). Digər tərəfdən, “əjdahalar” son illərdə evdə İngiltərə təmsilçilərinə qarşı yaxşı oynamır. Komanda fanatları önündə premyer-liqa təmsilçiləri ilə keçirdiyi son 5 matçın hamısında qələbəyə həsrət qalıb (1 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 2:17).

Günün digər oyununda əfsanəvi Dieqo Maradonanın şərəfini qoruduğu klublar onun adını daşıyan stadionda üz-üzə gələcək. Mövsüm həm “Napoli”, həm də “Barselona” üçün heç də istənilən səviyədə keçmir. Baxmayaraq ki, hər iki klub öz ölkələrində son çempion statusundadı. Hər iki kollektiv ötən mövsümün bu dönəmində inamla turnir cədvəlinə başçılıq edirdi. Amma cari “futbol ili”ndə onların çempionluğu artıq çətin görsənir. Ona görə də ümid qalır ÇL-ə. Valter Matsarri noyabrda Rudi Qarsiyanı əvəzləsə də, onun təyinatından bəri vəziyyət yaxşıya doğru dəyişməyib. Son 5 rəsmi oyunda cəmi 1 qələbəsi olan neapollular bu gedişlə, ümumiyyətlə, gələn mövsüm üçün avrokuboklardan kənar qala bilər. Son 9 rəsmi oyunun yalnız birində qapısını toxunulmza saxlayan “Barselona”nın isə əsas problemi zəif müdafiə xəttidi. Komanda ötən mövsüm La Liqada ilk 25 tura cəmi 8 top buraxmışdısa, bu mövsüm eyni tura artıq 34 (!) top buraxıb. Hərçənd Xavi Ernandes mövsümün sonunda ayrılacağını açıqladığı vaxtdan bəri həm Levandovskinin ayağı açılıb, həm də komanda 12 mümkün xaldan 10-nu qazanıb. Bu məqam, eləcə də Roke və Yamal kimi gənclərin yüksəlişi Neapol səfəri ərəfəsində fanatları ümidləndirməyə bilməz. Onu da bildirək ki, bu komandaların yolu indiyə qədər iki dəfə kəsişib. Həm 2019/20-də ÇL-in 1/8 finalında, həm də 2021/22-də AL-in pley-offunda Kataloniya nəhəngi mərhələ adlayıb.

1/8 final, ilk oyunlar
20 fevral
İnter – Atletiko 1:0

Cəzalı: yoxdu
Hakim: İştvan Kovaç (Rumıniya)

PSV – Borussiya D 1:1
Cəzalı: yoxdu
Hakim: Srcan Yovanoviç (Serbiya)

21 fevral
Portu – Arsenal 1:0
Cəzalı: yoxdu
Hakim: Sərdar Gözübüyük (Niderland)

Napoli – Barselona 1:1
Cəzalı: yoxdu
Hakim: Feliks Tsvayer (Almaniya)

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-01-2023, 16:0

Simeone mütləq rekordçudu

Dünya futbolu

26-02-2023, 10:0

La Liqa rekordu

Dünya futbolu

16-05-2022, 20:0

Simeone "Atletiko"da qalacaq

Dünya futbolu

3-04-2023, 15:0

Simeone dünyada liderdi

Dünya futbolu

5-08-2023, 16:0

“Atletiko” Simeone ilə bağlı qərar verdi

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 119
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 104
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 100
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə