Tanınmış braziliyalı futbolçu, tarixin ən titullu oyunçularından olan Dani Alveş gündəmi zəbt etməkdə davam edir.
Bilindiyi kimi gecə klubunda bir qadını zorlamaqda təqsirli bilinən Alveş bu yaxınlarda 4,5 illik həbs cəzasına məhkum edilmişdi. Eyni zamanda ''sambaçı'' zərərçəkmişə 150 min avro təzminat ödəməli və 9,5 il ərzində ona yaxınlaşmamalıdı. Futbolçunun təmsilçiləri artıq bu qərardan şikayət edib. Bu arada bir neçə saat öncə Alveşin ölüm xəbəri yayılmış və bu xəbər bütün dünyada rezonans doğurmuşdu. Sabiq ''Barselona''lının həbsxanada sui-qəsdə əl atması xəbərini ən birinci braziliyalı jurnalist Paulo Albukerke paylaşmışdı. Amma rəsmi mənbələr xəbəri təsdiqləmədi. Əksinə ''TNT Sports''un əməkdaşı Marsel Bexler Alveşin təmsilçiləri ilə danışdığını və onların futbolçunun ölüm xəbərini təkzib etdiklərini dedi. Bu arada Daninin qardaşı Ney Alveş də yayılan iddiaları rədd edərək öz səhifəsində bunları yazdı: