Şahruddin 2 qol buraxdı, sarı vərəqə gördü

9.03.2024 20:00 182
Dünya futbolu
Türkiyə superliqasında 29-cu turun oyunları davam edir.

"Football-plus.az" xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə "Konyaspor"un qonağı olub. Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb. 29 yaşlı qolkiper 72-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb

29 turdan sonra 36 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.