Şahruddin oynadı, komandası heç-heçə etdi

20.12.2023 11:01 210
Dünya futbolu
Millimizin futbolçusu Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor" Türkiyə Superliqasında 17-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda "Qaziantep"in qonağı olub. Matç 2:2 hesabı ilə başa çatıb.

Şahruddin start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, "Adana Demirspor" 24 xalla 6-cı, "Qaziantep" 16 xalla 15-cidi.