Şahruddinlə Renatın komandaları üz-üzə gəldi

27.01.2024 23:46 220
Dünya futbolu
Türkiyə superliqasının 23-cü turunda millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geydiiyi "Adana Dəmirspor" yığmanın digər üzvü Renat Dadaşovun çıxış etdiyi "Hatayspor"u qəbul edib.

"Football-plus.az" xəbər verir ki, matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 44-cü dəqiqədə Nani avtoqola imza atıb.

Şahruddin 90 dəqiqə oynayıb. Renat isə start heyətində meydana çıxsa da, 68-ci dəqiqədə əvəzlənib. Hücumçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, "Adana Dəmirspor" 31 xalla 7-ci, "Hatayspor" 25 xalla 14-cü yerdədi.