Türkiyə superliqasında 22-ci turun oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" "Beşiktaş"ın qonağı olub. Oyun 0:0 hesablı bərabərliklə nəticələnib.
Yığmamızın qolkiperi start heyətində meydana çıxıb və sona qədər oynayıb. Şahruddin bu görüşdə ümumilikdə 6 seyv etməklə matçın ən yaxşı oyunçusu olub.