Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" bu gün Türkiyə Superliqasında 20-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda səfərdə "Rizespor"la qarşılaşıb. Matçda meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və sonadək oynayıb.
"Rizespor" - "Adana Demirspor" - 1:0
Moksi, 54
Qeyd edək ki, "Adana Demirspor" hazırda Superliqanın turnir cədvəlində 29 xalla 6-cı, "Rizespor" isə 32 xalla 5-ci pillədə qərarlaşıb. Siyahıya 50 xalla "Fənərbaxça" başçılıq edir.