“Neftçi” və “Dübrar” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Football-plus.az" xəbər verir ki, şirkət klubun rəsmi su tərəfdaşı olacaq. Eyni zamanda, "Dübrar"ın loqosu komandanın rəsmi oyun şortlarının arxa hissəsində yer alacaq. Əməkdaşlıq çərçivəsində şirkət klubun içməli su ilə təminatını həyata keçirəcək.
Bununla yanaşı, tərəflər müxtəlif marketinq və kommunikasiya layihələri çərçivəsində birgə fəaliyyət göstərəcəklər.
"Dübrar" "Neftçi"nin su tərəfdaşı olacaq
Ölkə futbolu





