Ueyn Runi mükafatlar kolleksiyasını zənginləşdirəcək. O, “Futbol əfsanəsi” mükafatına layiq bilinib.
Runi məhz İngiltərə yığmasındakı göstəricisinə əsasən mükafatlanacaq. Belə ki, sabiq hücumçu 2003-18-ci illərdə milli formada keçirdiyi 120 oyuna 53 qol vurub. 38 yaşlı Runi bu göstəriciyə görə yalnız Harri Keyndən geri qalır.
“Bavariya”nın forvardının hesabında 89 oyuna 62 qol var.
Runi mükafat alacaq
Dünya futbolu



