Ueyn Runi artıq “Di Si Yunayted”in baş məşqçisi deyil. ABŞ lubu onunla müqaviləni qarşılıqlı razılıq əsasında qüvvədən salıb.
"Football-plus.az" xəbər verir ki, buna komandanın qeyri-qənaətbəxş çıxışı səbəb olub.
“Di Si Yunayted” hazırda MLS-in Şərq Konfransında 15 komanda arasında 9-cu yeri tutur. Runi ABŞ klubuna ötən il təyinat almışdı. Daha əvvəl iki il ölkəsində “Derbi Kaunti”ni çalışdıran 37 yaşlı mütəxəssis yenidən İngiltərədə çalışa bilər. “The Times” qəzetinin xəbərinə görə, o, “Birmingem” rəhbərliyinin maraq dairəsindədi. Komanda hazırda İngiltərə çempionatının 2-ci divzionunda 24 iştirakçı arasında 6-cı yeri tutur.