Ueyn Runi tezliklə yeni təyinat ala bilər.
“Football-plus.az” xəbər verir ki, onun ABŞ-dən vətəninə qayıtması gözlənilir. İngiltərə mənbələri 37 yaşlı mütəxəssisin “Di Si Yunayted”dən ayrılmaq ehtimalının və “Birmingem”ə təyinat almaq şansının olduğunu xəbər verib.
Qeyd edək ki, “Birmingem” hazırda 2-ci divizionda keçirdiyi 5 oyunda 11 xal toplamaqla 4-cü yeri tutur. Komanda mövsümə yaxşı başlasa da, klubun yeni rəhbərliyi nisbətən məşhur məşqçi ilə əməkdaşlıq etməyi lazım bilir.
“Birmingem”i indi 43 yaşlı Con Eusteys çalışdırır.