İngiltərə premyer-liqasının 13-cü turunda “Tottenhem” doğma meydanda “Nyukasl”a məğlub oldu - 1:2.
Football-plus.az xəbər verir ki, görüşdə fərqlənən Keyn çempionatın ardıcıl 9 mövsümündə ən azı 10 qol vurur. Ona qədər yalnız üç futbolçu – Serxio Aquero, Ueyn Runi və Frenk Lempard bunu bacarmışdı.
Keynin mövsümlər üzrə göstəricisi: 2014/15 – 21, 2015/16 – 25, 2016/17 – 29, 2017/18 – 30, 2018/19 – 17, 2019/20 – 18, 2020/21 – 23, 2021/22 – 17, 2022/23 – 10...