Maraqlıdı ki, qonaq komanda Bakıdakı mətbuat konfransı və açıq məşqi ləğv edib. Leverkuzenlilərin baş məşqçisi Xabi Alonso isə almaniyalı jurnalistlərin suallarını onlayn qaydada cavablayıb. Görəsən, bunu saymazyana münasibət kimi qəbul etmək olarmı? Təcrübəli menecer Erkin İbrahimovun fikirləri: “Bu komandalar daha öncə də qarşılaşıb. Hətta Almaniyada "Qarabağ"ı çox yaxşı qarşılamışdılar. Sadəcə, bu dəfə planları belədi.
"Bayer-04" sonuncu dəfə də burda olarkən açıq məşq və mətbuat konfransı təşkil etmişdi. Fikrimcə, bu dəfə güzəştə getmək olar. Böyük bir hadisə deyil”.
GÜNAY SÜLEYMANOVA






