• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Siti” derbidə sevindi, “Liverpul” zirvəni əldən vermədi – TURUN ŞƏRHİ

Dünya futbolu

6-03-2024, 19:0

İlk “5-lik”də heç bir dəyişiklik olmadı.

“Siti” Mançester derbisində “Yunayted” üzərində əzmkar qələbə qazandısa, lider “Liverpul” 3 xalı dişi-dırnağı ilə qopardı. “Tottenhem” “ÇL zonası”na vəsiqə uğrunda mübarizə aparır. Sadəcə, “Aston Villa” hələ ki “mahmızlar”ın yolunda ciddi maneədi.

Əla forma yığan “Siti”dən derbidə inamlı qələbə gözlənilirdi. Bəli, “Yunayted” də son vaxtlar yaxşı nəticə göstərir, ancaq Ten Haqın komandasının heç-heçə şansı belə yüksək dəyərləndirilmirdi. İlk dəqiqələrdən təşəbbüsü ələ keçirən “şəhərlilər” erkən qol vurmaq əvəzinə hesabda geri düşdülər. Reşfordun uzaqdan gözəl zərbəsi qarşısında Ederson heç nə edə bilmədi. “Siti”nin bu qoldan sonra mənəvi cəhətdən sındığını demək olmaz. Hücumları davam etdirən “şəhərlilər” tez-tez qol vəziyyəti yaradırdı. Ancaq bitirici mərhələdə nəsə çatışmırdı. Holann hissənin sonunda hesabı bərabərləşdirməliydi, sadəcə, boş qapıya düşə bilmədi. 2-ci hissədə “daşlar yerinə oturdu”. Oyun canlanan kimi cərimə meydançası xaricindən sol “9-luğ”a gözəl zərbə vuran Foden Onananı təslim olmağa məcbur etdi. Elə o da 80-ci dəqiqədə “Siti”ni irəli çıxardı. Uzatma dəqiqələrində isə Holann yekun hesabı müəyyənləşdirdi. Əlbəttə, “Yunayted” bəxtin də sayəsində “Etihad”dan 1 xal apara bilərdi, ancaq bu, “qırmızı şeytanlar”ın oyunboyu “2 nömrə” kimi oynaması, rəqibdən zəif olması reallığını dəyişmir. “Siti” qələbə sayəsində çempionluq yarışında iddiasını qorudu.

“Nottingem Forest” az qala “Liverpul”dan xal qoparacaqdı. Mersisaydlılar qələbə sayəsində liderliyi qorudu. Bir həftə sonra isə “Mançester Siti” onların qonağı olacaq. Həmin oyunda bəlkə də hər şey həllini tapacaq. Sırf bu oyunun axarına gəlincə, “meşəçilər” oyunboyu rəqibi meydanın özünə aid hissəsinə sıxışdırdı, Klopp yetərincə qeyri-adi dəyişikliklər etsə də, rəqib qapısına yaxınlaşmağın yolunu tapa bilmirdi. Favoritin bəxti onda gətirdi ki, referi Tirni 2-ci hissəyə 8 dəqiqə əlavə etdi. Komandalar bundan daha artıq oynadı. Makallister topu rəqibin cərimə meydançasına göndərdi, Nunyes baş zərbəsi ilə hesabı açdı. İmkanları aşağı qiymətləndirilən komanda bu oyunda nəhəng rəqibə çox ciddi mübarizə təklif etdi. Hamı bilir ki, “qırmızılar” heyətlə bağlı çətinliklə üzləşib. Bununla belə, onlar bir həftə ərzində həm Liqa kubokunu qazana, həm ölkə kubokunda növbəti mərhələyə adlaya, həm də çempionatda qələbə qazana bildi.

“Tottenhem” evdə “Kristal Pelas”ı məğlub etdi. Ange Postekoğlunun komandası heç də asan qələbə qazanmadı. “Mahmızlar” ilk yarıda mövqe hücumlarında ciddi təhlükə yarada bilmədi. Yeganə real qol şansı qazanan Verner təkbətək mübarizədə qapıçıya uduzdu. 2-ci hissənin əvvəlində “Tottenhem”in hücumları daha rəngarəng oldu. Verner az qala penalti qazanacaqdı, Son Hın Minin zərbəsi dirəkdən döndü. “Mahmızlar”ın təzyiqini dəf edən qonaqlar 59-cu dəqiqədə irəli çıxdı. Zədəsini sağaldan Eze cərimə zərbəsi qazandı və özü də onu qola çevirdi. Bundan sonra oyundakı bütün təhlükəli vəziyyətlər “mahmızlar”ın adına yazıldı. Sonradan oyuna qoşulan Consonun ötürməsi ilə Verner “status-kvo”nu bərpa etdi. İki dəqiqə sonra Romero “Tottenhem”i irəli çıxardı. Oyunda son nöqtəni isə kapitan Son Hın Min qoydu. Koreyalı cari təqvim ilində qol hesabını açdı. Şimali Londondan olan komanda bu qələbə sayəsində 4-cü yerdəki “Aston Villa” ilə xal fərqini 2-yə endirdi. Ancaq bir neçə saat sonra meydana çıxan birmingemlilər yenidən 5 xal fərqini bərpa etdi. Unay Emerinin komandası ilk yarıdan sonra 2:0 öndə olsa da, “Luton” 72-ci dəqiqədə hesabı 2:2 etdi. Emerinin 79-cu dəqiqədə Dini meydana buraxması oyunun taleyinin müəyyənləşməsində həlledici oldu. Məhz o, 89-cu dəqiqədə “Aston Villa”ya qələbə qazandıran topu vurdu.

“Çelsi” növbəti dəfə xal itirdi – “Brentford”la səfər oyununda. “Zadəganlar” oyunun əksər bölümündə topa nəzarət etdi, tez-tez meydanın rəqibə aid hissəsində göründü, ancaq təhlükəli vəziyyətlər yaratmaqda çətinlik çəkdi. “Brentford” isə sürətli hücumlarla tez-tez rəqibə problem yaradırdı. Hər halda, hesabı 35-ci dəqiqədə “Çelsi” açdı. “Arılar” 2-ci hissənin əvvəlində hesabı bərabərləşdirə bildi. Ümumiyyətlə, 2-ci hissədə rəqibdən daha yaxşı oynadı. Meydan sahibləri 69-cu dəqiqədə hesabda irəli çıxmağı da bacardı. Bundan sonra hamılıqla hücuma atılan “zadəganlar” sona yaxın bərabərlik qolunu vurdu. 2:2 hesabı sona qədər qorundu.

Turun qalan oyunlarına gəlincə, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Vest Hem” ilə “Nyukasl” inamlı qələbə qazandı. “Fulhem” “Brayton”u darmadağın etdi, “Bornmut” səfərdə “Bernli”dən üstün oldu. Turun dünən axşam keçirilən son oyununda “Arsenal” “Şeffild Yunayted”i məğlub etdi.

27-ci tur
Mançester Siti – Mançester Yunayted 3:1
Foden, 56; 80. Holann, 90+1. (53514)
MS: Ederson, Ake, Diaş, Stounz, Uoker, Rodri, B.Silva, Dokyu (Alvares, 59), De Bruyne, Foden (Bobb, 90+7), Holann.
MY: Onana, Lindelöf, Evans (Kamvala, 69), Varan, Dalot, Maynu (Amrabat, 82), Kazemiro, Maktominey, Qarnaço (Forson, 82), Fernandeş, Reşford (Antoni, 75).
Nottingem Forest – Liverpul 0:1
Nunyes, 90+9. (29603)
Liverpul: Kelleher, Robertson (Nunyes, 60), Van Diyk, Konate, Bredli (Simikas, 84), Makallister, Qomes, Klark (Endo, 60), Dias, Qakpo (Danns, 84), Elliott (Soboslai, 76).
Tottenhem – Kristal Pelas 3:1
Verner, 78. Romero, 80. Son Hın Min, 88 – Eze, 59. (61339)
Tottenhem: Vikario, Udoci, Van de Ven, Romero, Emerson, Bissuma (Lo Çelso, 90), Bentankur (Conson, 63), Verner (Sarr, 82), Meddison (Heybyerq, 82), Kulusevski, Son Hın Min (Skarlett, 90+1).
Brentford – Çelsi 2:2
Roerslev, 50. Vissa, 69 – Cekson, 35. Disasi, 83. (17140)
Çelsi: Petroviç, Çiluell, Koluill (Sterlinq, 79), Disasi, Hüsto, Kaysedo, Çaloba, Qallaher, Fernandes (Mudrik, 71), Palmer, Cekson.
Nyukasl – Vulverhempton 3:0
İsak, 14. Qordon, 33. Livramento, 90+2. (52206)
Fulhem – Brayton 3:0
Uilson, 21. Muniz, 32. Traore, 90+1. (24460)
Everton – Vest Hem 1:3
Betu, 56 – Zuma, 62. Souçek, 90+1. Alvares, 90+6. (39262)
Luton – Aston Villa 2:3
Çonq, 66. Morris, 72 – Uotkins, 24; 38. Din, 89. (11594)
Bernli – Bornmut 0:2
Klyuvert, 13. Semenyo, 88. (19713)
Şeffild Yunayted – Arsenal 0:6
Edeqor, 5. Boql, 13-öz qapısına. Martinelli, 15. Haverts, 25. Rays, 39. Uayt, 58.
1. Liverpul 27 19 6 2 64-25 63
2. Mançester S. 27 19 5 3 62-27 62
3. Arsenal 27 19 4 4 68-23 61
4. Aston Villa 27 17 4 6 59-37 55
5. Tottenhem 26 15 5 6 55-39 50
6. Mançester Y. 27 14 2 11 37-39 44
7. Vest Hem 27 12 6 9 43-47 42
8. Nyukasl 27 12 4 11 57-45 40
9. Brayton 27 10 9 8 49-44 39
10. Vulverhempton 27 11 5 11 40-43 38
11. Çelsi 26 10 6 10 44-43 36
12. Fulhem 27 10 5 12 39-42 35
13. Bornmut 26 8 7 11 35-47 31
14. Kristal Pelas 27 7 7 13 32-47 28
15. Brentford 27 7 5 15 39-50 26
16. Everton (-6) 27 8 7 12 29-37 25
17. Nottingem F. 27 6 6 15 34-49 24
18. Luton 26 5 5 16 37-54 20
19. Bernli 27 3 4 20 25-60 13
20. Şeffild Y. 27 3 4 20 22-72 13
Bombardirlər: Holann (MS) - 18, Uotkins (Aston Villa) – 16, Salah (Liverpul) – 15, Solanke (Bornmut), Bouen (Vest Hem) – 14.
Növbəti turun oyunları martın 9-11-i aralığında keçiriləcək: Mançester Yunayted – Everton, Bornmut – Şeffild Yunayted, Vulverhempton – Fulhem, Kristal Pelas – Luton, Arsenal – Brentford, Aston Villa – Tottenhem, Brayton – Nottingem Forest, Vest Hem – Bernli, Liverpul – Mançester Siti, Çelsi – Nyukasl.

Turun rəqəmi
55 – MS ardıcıl iki iki ildi ev oyunlarında mütləq qol vurur. “Şəhərlilər” ardıcıl 55-ci ev oyununda fərqlənməklə klub rekordunu təkrarladı. Onlar “Etihad”da sonuncu dəfə 2022-ci il martın 9-da fərqlənə bilməyib. Onda ÇL çərçivəsində “Sportinq”lə oyun qolsuz heç-heçə ilə bitib.

Turun ulduzu
Fil Foden (MS) – inanılmaz forma yığıb. Ötürmələrinin 95 faizi dəqiq oldu ki, bu da həmin mövqedə oynayan futbolçu üçün hədsiz yüksək göstəricidi. Dubl etdi, hücumların qurulmasında çox fəal təsir bağışladı.

Turun sitatı
Roy Kin, MY-nin sabiq yarımmüdafiəçisi: “Yunayted”ə münasibətdə sərt olmaq istəmirəm, ona görə ki, “Siti” möhtəşəm idi. Rəqib niyə çempion olduğunu göstərdi. “Siti” həmişə rəqibin səhvlərini üzə çıxarır. Düşünürəm ki, bu nəticə “Yunayted”in günahı yox, “Siti”nin əməyidi”.

Reaksiyalar
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi:

“Şəraiti nəzərə alsaq, ən çətin oyunumuz idi. Bu heyətlə 11 gün ərzində dörd oyun keçirmək çox çətindi. Nə qədər çətin olsa da, premyer-liqada ardıcıl 4 qələbə qazandıq. İnana bilmirəm! Gerçəkdən xoşbəxtəm. Futbolçularımdam bundan artığını tələb edə bilmərəm. Növbəti həftəsonu “Mançester Siti” ilə oyun istənilən halda çox vacib olacaq. Ona qədər isə bizi Praqada ağır oyun gözləyir. İrəli hərəkət etməli, bərpa olunmalıyıq”.


Erik ten Haq, MY-nin baş məşqçisi:

“Ümumilikdə yaxşı oynadıq. 1:0 önə çıxdıq, ikinci qolu vurmaq üçün də imkanlarımız var idi. Çox yaxşı müdafiə olunurduq. Ancaq 2-ci hissə başlayan kimi qapımızda qol gördük. Bundan sonra məyusluq yaşadıq, bunu qəbul etmək lazımdı. Bununla belə, yenə də ən azı bir xal qazanmaq üçün imkanlarımız var idi”.


Pep Qvardiola, MS-nin baş məşqçisi:

“Qalib gəlməməyimiz yaxşı olmazdı. Nəticə oyunumuza uyğun oldu – bu, çox yaxşı əlamətdi. Oyuna yaxşı başlasaq da, ilk uzun ötürmə zamanı sayıqlığı itirdik. İlk yarıda meydanın rəqibə aid hissəsində hədsiz həyəcanlanırdıq. Ancaq ümumilikdə yaxşı oyun alındı. MY əks-hücumlar üçün yaranan komandadı, bunu çox yaxşı bacarır. Hücum edərkən düzgün mövqelərdə qərarlaşmasaydıq, rəqibin əks-hücumları və 2-ci qolu üçün şərait yaranacaqdı. Onda vəziyyət daha da pisləşərdi. Çempionatda hər şey özümüzdən asılıdı. Biz “Liverpul”, “Arsenal”, “Aston Villa” və başqa iddialıların hərəkətlərinə nəzarət edə bilmərik, özümüzə fikir verməliyik. Çərşənbə günü, bazar günü, həmişə qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Əfsanəvi komandamız var. Bir il əvvəlki ilə müqayisədə daha çox xal toplamışıq. Fərq ondadı ki, “Liverpul” da bir il əvvəlkindən yaxşı nəticə göstərir. Rəqib belə çıxış edirsə, onu yalnız təbrik etmək olar. Başqa nə deyəsən?! Foden həmişə istedadlı oyunçu idi, indi isə daha yetkindi, oyunu yaxşı anlayır, xüsusən də müdafiə planında. O, orta sahədə, solda, sağda oynaya, təhlükəli vəziyyətlər yarada bilir. Gördüyü işin həcmini nəzərə alsaq, hazırda premyer-liqanın ən yaxşı futbolçusudu”.


Faktlar
* Holann “Mançester Siti”nin formasında qol sayını 80-ə çatdırdı. O, bu qədər qolu 84 oyunda vurub. 23 yaşlı hücumçu premyer-liqada keçirdiyi 57 oyunda 54 dəfə fərqlənib.

* MY premyer-liqada 2014-cü ilin sentyabrından bəri fasiləyə öndə yollandığı oyunların heç birində uduzmamışdı. Belə oyunların 123-də qələbə qazanan, 20-də heç-heçə edən “qırmızı şeytanlar”ın seriyası 143-də dayandı.

* Nunyes “Liverpul”un premyer-liqada çıxış etdiyi dövrdə 90-cı dəqiqəyə təsadüf edən 44-cü qolunu vurdu. Bu isə istənilən başqa komanda ilə müqayisədə 12 vahid artıqdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

15-04-2022, 15:0

Kim çempion olacaq: “Mançester Siti”, yoxsa “Liverpul”?

Dünya futbolu

11-05-2022, 09:0

"Liverpul" "Mançester Siti"nin rekordunu təkrarladı

Dünya futbolu

24-02-2024, 00:0

“Mançester Siti” “Arsenal”ı arxada qoydu

Dünya futbolu

3-05-2023, 19:0

“Şəhərlilər” zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

17-05-2022, 23:0

Klopp: ''Mançester Siti'' çempion olacaq''

Dünya futbolu

22-03-2022, 17:0

“Mançester Siti” Avropada 1-ci olub

Aktual
Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
Roderik Miller hardadı?
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
“Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Son xəbərlər
  • Dünən, 23:46
    Toral səhv etdi, həmkarı sinəsini tənqidlərin qabağına verdi – “…kuboku Bursaya gətirəcəyik”
  • Dünən, 23:37
    “Şamaxı”dan yeni transfer
  • Dünən, 23:18
    ''Fənər'' yeni transferləri iştirak ərizəsinə salmadı!
  • Dünən, 22:55
    Roderik Miller hardadı?
  • Dünən, 22:21
    ''Qalatasaray'' İkardinin ardından daha bir ulduzunu itirmək üzrədi
  • Dünən, 22:00
    "Kayzerslautern" Mahiri "Rakuv"a icarəyə verdi
  • Dünən, 21:51
    ''Beşiktaş'' ilin ''bombasını''partlatmaq üzrədi - Salah Türkiyəyə gəlir!
  • Dünən, 21:00
    Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
  • Dünən, 20:30
    "Neftçi" - "Dinamo-Minsk" matçının biletləri satışda
  • Dünən, 20:00
    “Karvan-Yevlax”dan yeni transfer
  • Dünən, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Dünən, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Dünən, 19:07
    “Torpedo” “Zirə” ilə matçdan sonra futbolçuları qovdu – Şuster gedib-getməyəcəyini açıqladı
  • Dünən, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Dünən, 18:00
    Avstriya, Sloveniya, Türkiyə, Qəbələ, Bakı...
  • Dünən, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Dünən, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Dünən, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Dünən, 16:31
    Millimiz rekorda imza atdı
  • Dünən, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Dünən, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Dünən, 15:10
    “Qarabağ” - ÇSKA oyununun biletləri satışda
  • Dünən, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Dünən, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Dünən, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Dünən, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Dünən, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Dünən, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Dünən, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Dünən, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Dünən, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Dünən, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • 17-07-2026, 23:0
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 226
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 160
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə