• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şəhərlilər” zirvəni ələ keçirdi - TURUN ŞƏRHİ

Dünya futbolu

3-05-2023, 19:0

“Mançester Siti”, nəhayət, “Arsenal”ın liderliyinə son qoydu. 3-cü turdan sonra zirvəni ələ keçirən “topçular” bu mövsüm çempion ola bilməsə, 30-33-cü turlar aralığındakı xal itkilərini yana-yana xatırlayacaq.

Bəlkə də Artetanın komandası bu gün “Çelsi”ni məğlub edə, yenidən zirvəyə dönə biləcək. Ancaq belədə “şəhərlilər”in ehtiyatda iki oyununun olacağını da unutmayaq.

MS hesabat turunda səfərdə “Fulhem”in müqavimətini qırdı. Oyunun əksər bölümündə mankunianlar dominantlıq etdi. Hakimin start fitindən heç 2 dəqiqə keçməmişdi ki, Rim Alvaresi cərimə meydançasında yerə sərdi və Holann penaltini dəqiq yerinə yetirməklə komandasını irəli çıxardı. Qonaqlar ardından bir neçə imkanı qaçırdı və “Fulhem” onları buna görə cəzalandırdı. Vinisiusun zərbəsindən sonra hesab bərabərləşdi. Qrilişin zərbəsi qapı çatına tuş gəldisə, 36-cı dəqiqədə Alvares gözəl qolla yenə “şəhərlilər”i önə keçirdi. 2-ci hissənin əvvəli də qonaqların üstünlüyü şəraitində keçdi. Leno Holann və Alvaresin zərbələrini dəf etməklə intriqanı qorudu. Onun həmkarı Ederson da sonda bir neçə dəfə komandasını xilas etdi. “Bağbanlar”ı mövsümdə 2-ci dəfə 2:1 hesabıyla məğlub edən MS çoxdan həsrətində olduğu zirvəni ələ keçirdi.

Cari mövsümdə, demək olar ki, evdə xal itirməyən “Mançester Yunayted” bu dəfə də ənənəyə sadiq qaldı. Ten Haqın komandası üstəlik “Aston Villa”nın 10 oyunluq məğlubiyyətsiz seriyasına da son qoydu. Oyun ağır hava şərtləri altında keçirildi: güclü yağış üzündən futbolçular tez-tez meydanda sürüşürdü. Meydan sahibləri belə iqlimə daha tez uyğunlaşaraq fasiləyə qədər oyunun axarına diqtə etdi. Onların fərqlənmək imkanları çox idi. Birmingemlilər isə hissə ərzində yalnız bir təhlükəli vəziyyət yaratdı.

“Yunayted”in çoxsaylı hücumları fasilə ərəfəsində bəhrə verdi. Reşfordun zərbəsindən sonra qapıçıdan dönən topu Fernandeş tamamladı. 2-ci hissədə də “Yunayted” daha üstün idi. Ancaq sona yaxın qonaqlar təşəbbüsü ələ keçirdi. İki epizodda top, sadəcə, möcüzə sayəsində De Xeanın qoruduğu qapıya daxil olmadı. Qələbəni əldən verməyən MY “Nyukasl”la 3-cü yer uğrunda mübarizəni davam etdirir.

“Sağsağanlar” isə son üç turda qarşısına çıxanı əzir. Əvvəlki oyunlarda “Tottenhem”lə “Everton”u darmadağın edən “Nyukasl” bu dəfə “Sauthempton”la hesablaşdı. Armstronqun 41-ci dəqiqə vurduğu qol “arı yuvasına uzadılan çöp oldu”. Hau fasilədən dərhal sonra əsas ulduzlarından Uilsonu meydana buraxdı. O, dubl etməklə qələbədə önəmli rol oynadı. Bu qollar arasında Uolkott da “qapıların yerini səhv saldı”. 9 oyundu qələbəyə həsrət qalan “Sauthempton”un elitadan gedəcəyi heç kimdə şübhə doğurmur. “Nyukasl” isə 2002/03 mövsümündən bəri ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmağa yaxındı.

7 qol, 3:0-ın 3:3-ə çevrilməsi, 4-cü uzatma dəqiqəsində vurulan qələbə topu – heç şübhəsiz, “Liverpul”la “Tottenhem”in oyunu premyer-liqanın cari mövsümündən söz düşəndə uzun müddət xatırlanacaq. 32-ci turda “Nyukasl”dan ilk 21 dəqiqədə 5 qol “yeyən” “Tottenhem” bu oyunda ilk 15 dəqiqədə üçünü buraxdı. Oyun başlayan kimi Cons hesabı açdı, iki dəqiqə sonra Dias fərqi artırdı, 15-ci dəqiqədə isə Salah penaltidən yararlandı. Mersisaydlıların 3:0-dan sonra arxayınlaşması “mahmızlar”ın işinə yaradı. Artıq fasiləyə qədər Keyn qollardan birinin əvəzini çıxdı. Fasilədən sonra ərazi üstünlüyü meydan sahiblərinin tərəfində olsa da, heç də hər şeyin itirilmədiyini anlayan londonlular təhlükəli əks-hücumlar qururdu. Son və Romero dirəyi nişan aldı. Koreyalının canfəşanlığı 77-ci dəqiqədə fərqin minimuma enməsiylə nəticələndi. Təzyiqi artıran qonaqlar 3-cü uzatma dəqiqəsində hesabı bərabərləşdirdi! Belə görünürdü ki, “Tottenhem” inanılmaz geridönüşü reallaşdırdı. Amma bərabərlik qolundan dərhal sonra öz qapısı yaxınlığında topu Jotaya “bağışlayan” Moura komandasının xal ümidini “dəfn etdi”.

Turun qalan oyunlarına gəlincə, “Vulverhempton”u darmadağın edən “Brayton” avrokuboklara qatılmaq imkanını qoruyur. “Kristal Pelas” 7 qolun vurulduğu oyunda “Vest Hem”i məğlub, “Bornmut” isə “Lids”i darmadağın etdi. “Lids”lə yanaşı, “Brentford”a uduzan “Nottingem Forest” də təhlükəli zonadan uzaqlaşa bilmir.

Faktlar
* Holann premyer-liqada mövsüm ərzində vurulan qol sayına görə rekordu təkrarladı. O, “Fulhem”lə oyunda 34-cü dəfə rəqib qapılarına yol tapdı. Norveçli bir neçə gün əvvəl də Salahın 2017/18 mövsümündə 38 oyunluq çempionatlar üçün müəyyənləşdirdiyi rekordu (32) yeniləmişdi. İndi isə oyun sayı nəzərə alınmadan ümumi rekordu təkrarladı. Endi Koulla (1993/94) Alan Şirer (1994/95) vaxtilə 22 komandanın çıxış etdiyi, 42 turdan ibarət mövsümdə 34 qol vurub.
* Holann MS-də debüt mövsümündə keçirdiyi 44-cü oyunda qol sayını 50-yə çatdırdı. Ondan başqa yalnız üç futbolçu İngiltərə çempionatının elutası tarixində bir mövsüm ərzində bütün turnirlər çərçivəsində 50 və daha artıq qol vurmağı bacarıb. Bunlar Diksi Din (1927/28 mövsümündə 63 qol), Vik Uotson (1929/30 – 50 qol) və Tom Uorinqdi (1930/31 – 50 qol).
* “Mançester Yunayted” “Old Trafford”da keçirdiyi ardıcıl 26 oyunda uduzmayıb. Komanda Ten Haqın rəhbərliyi altında keçirdiyi son 26 ev oyununun 22-də qalib gəlib, 4-də heç-heçə edib. Bu oyunlarda top fərqi 56:14 olub. 14 oyunda qapısını toxunulmaz saxlayan “Yunayted” evdə sonuncu dəfə ötən il sentyabrın 8-də Avropa Liqasının qrup oyununda “Real Sosyedad”a (0:1) uduzub. Mankunianlar premyer-liqanın cari mövsümündə 12 qələbə qazanmaqla 39 xal toplayıb. Yalnız lider “Mançester Siti” bu göstəricidə “Yunayted”i qabaqlayır – 43 xal, 14 qələbə.
* Keyn İngiltərə çempionatında 208-ci qolunu vurmaqla bu göstəricidə Ueyn Runiyə çatdı. Bu ölkənin çempionatının ən yaxşı bombardiri Alan Şirerin isə hesabında 260 qol var. Keyn həmçinin premyer-liqanın 4 mövsümündə ən azı 25 qol vurmaqla Şirerin rekordunu təkrarladı.
* Son 4 oyunun üçündə uduzan “Tottenhem” son 7 oyunun yalnız birində qələbə qazanıb – “Brayton”, 2:1. Komanda bu zaman kəsiyində keçirdiyi qalan 6 oyunun üçündə uduzub, üçündə heç-heçə edib. Qeyd etməyə dəyər ki, bu müddətdə “mahmızlar”ın üç baş məşqçisi olub – Antonio Konte, Kristian Stellini, Rayon Meyson.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-04-2023, 12:0

“Arsenal”la “Siti” arasındakı xal fərqi bir qədər də azaldı – TURUN ŞƏRHİ

Dünya futbolu

5-04-2023, 22:0

Liderlər hərəyə 4 qol vurdu, MY 3-cü yeri təhvil verdi – 29-cu turun şərhi

Dünya futbolu

26-10-2022, 18:0

Holann Aqueronun rekordunu təkrarladı

Dünya futbolu / Reportaj

28-04-2023, 22:0

Mançester klubları kubokun finalında ilk dəfə qarşılaşacaq - ŞƏRH

Dünya futbolu

14-02-2023, 19:0

“Mançester Siti” liderlə xal fərqini 3-ə endirdi

Aktual
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Son xəbərlər
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
Daha çox
Oxunub: 203
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə